Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə yeni uğurlar diləməkdən olduqca məmnunam.

Seçkilərdəki parlaq qələbəniz münasibətilə SiziParamount Group” şirkəti adından və şəxsən öz adımdan təbrik edir, gözəl ölkənizə dəstəyimizi əsirgəməməyə sadiq olduğumuzu bildiririk.

Azərbaycan Respublikası ilə əməkdaşlığımızı daha da genişləndirmək məqsədilə strateji qərar qəbul etmişikSizin ölkənin inkişafı naminə irəli sürdüyünüz təşəbbüslərə dəstək olaraq müəssisəmizin ölkənizdə digər hansı sahələrdə sərmayə yatıra biləcəyi və ən müasir texnologiyaları təklif edəcəyi imkanlarını araşdırmaq niyyətindəyik.

Zati-alinizə dərin hörmətlə,

 

Ayvor İçikovitz

Afrikadakı “Paramount Group” şirkətinin icraçı direktoru

 

Azərbaycan.- 2018.- 15 aprel.- S.2.