Azərbaycanda keçirilmiş prezident seçkiləri İordaniya mətbuatında geniş işıqlandırılıb

 

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri İordaniyanın Dövlət Televiziyası, “Petra” Dövlət Xəbərlər Agentliyi, “Əd-Dustur”, “Əl-Ray”, “Əl-Ğadd”, “Ammannyus” qəzetləri və “Ammunagentliyi tərəfindən geniş işıqlandırılıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “Petraagentliyi tərəfindən yayılmış məqalə “Azərbaycanlılar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin növbəti dəfə prezident seçilməsini bayram edirlər” adlanır. Agentliyin seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan müxbiri Məşhur əş-Şəxanbeh İlham Əliyevin seçicilərin 86,03 faiz səsini əldə edərək, növbəti dəfə Prezident seçildiyini bildirir. Seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyi, Azərbaycan xalqının ölkənin xoşbəxt gələcəyinə səs verdiyi, Prezident İlham Əliyevin apardığı islahatlardanyürütdüyü uğurlu daxilixarici siyasətdən Azərbaycan xalqının tam razı qaldığı vurğulanır.

Müəllif yazır ki, İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan hazırda tam təhlükəsizlik şəraitində yaşayır, həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə edibregionun qabaqcıl ölkəsinə çevrilib.

Ölkəmizin seçkilər tarixində ilk dəfə olaraq səsvermədə seçicilərin 75 faizinin iştirak etdiyi, seçkilərin çoxlu sayda regional və beynəlxalq təşkilat və KİV nümayəndələri tərəfindən izlənildiyi, tam demokratik və şəffaflıq şəraitində keçirildiyi diqqətə çatdırılır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova istinadla qeyd olunur ki, əvvəlki seçkilərə nisbətən builki seçkilərdə seçicilərin sayı 10 faiz artıq olub, müşahidəçilər üçün bütün lazımi şərait yaradılıb.

İordaniya Kralı II Abdullahın Prezident İlham Əliyevə qələbə münasibətilə ünvanladığı təbrik məktubuna İordaniya mətbuatında geniş yer verilir. Məktubda bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinin qeyd olunduğunu bildirən Kral İordaniya xalqı və hökuməti adından ən səmimi təbriklərini və arzularını çatdırır.

Məqalələrdə seçkilərdə hər hansı qanun pozuntularının qeydə alınmadığı və şikayətlərin olmadığı bildirilir.

 

Azərbaycan.- 2018.-15 aprel- S.4.