Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Hörmətlə,

 

Aviqdor Liberman

İsrail Dövlətinin müdafiə naziri

 

Azərbaycan.- 2018.-17 aprel.- S.7.