Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin seçkilərdə inamlı qələbəniz respublikada yüksək nüfuzunuzu sübut edir. Seçkilərin nəticəsi təkcə Sizin şəxsi keyfiyyətlərinizə verilən dəyər deyil, həmçinin Azərbaycanda dinc, xoşbəxt, rahat həyatı təmin etmək səylərinizə dəstəkdir. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişafda, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində diqqətəlayiq uğurlar əldə edib. Energetika sahəsində Rusiya-Azərbaycan münasibətləri, həmçinin “RosneftNeft Şirkəti PSC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əlaqələr dinamik inkişaf edir.

Azərbaycanın tanınmış maarifçi-yazıçısı Mirzə Fətəli Axundzadə yazırdı: “Vətənpərvər - Vətəninin yüksəlişi naminə canından keçməyə hazır olan insandır”.

Əminəm ki, Azərbaycan xalqı düzgün seçim edib.

Hörmətli İlham Heydər oğlu, atanız – Azərbaycanın ümummilli lideri və Rusiyanın səmimi dostu Heydər Əlirza oğlu Əliyevin nəcib işinin davam etdirilməsində Sizə yeni nailiyyətlər diləyirəm.

Ən xoş arzularla və hörmətlə,

 

İqor Seçin

RosneftNeft Şirkəti Publik Səhmdar

Cəmiyyətinin baş icraçı direktoru

 

Azərbaycan.- 2018.-17 aprel.- S.7.