Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə.

Hörmətli İlham Heydər oğlu.

Sizə və yaxınlarınıza dərin ehtiramımı bildirir, sülh, rifahUlu Tanrının rəhmini diləyirəm.

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi “Beynəlxalq İslam Missiyası” Mərkəzləşdirilmiş Dini Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Ürəkdən gələn səmimi təbriklərimizi qəbul edin. Əminəm ki, zəngin təcrübəniz, enerjiniz, idarəçilik və təşkilatçılıq istedadınız Sizə Azərbaycan Respublikasının və bütün Qafqazın sakinlərinin gələcəyi naminə başladığınız kursu bundan sonra da davam etdirməyə imkan verəcək.

Allaha üz tutaraq səmimi qəlbdən Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar nəsib etməsini diləyirəm.

Hörmətlə,

 

Şafiq Pşixaçev

Rusiya FederasiyasıBeynəlxalq İslam Missiyası

 Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri

 

Azərbaycan.- 2018.-17 aprel.- S.7.