Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Müsəlmanları Ruhani Məclisi adından şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan nəhəng potensialı olan bir ölkədir və ona yalnız güclü lider rəhbərlik etməlidir. Bu gün Azərbaycan xalqı öz taleyini, övladlarının, nəvə-nəticələrinin və valideynlərinin taleyini məhz Sizə etibar edir. Azərbaycan vətəndaşları öz gələcəyini məhz Sizin rəhbərliyiniz altında görürlər.

Rusiya müsəlmanları milli birliyin, sülhünqardaş xalqlar arasında dostluğun möhkəmləndirilməsinə yönəlmiş ədalətli qərarlarınızı alqışlayır və dəstəkləyirlər.

İnanırıq ki, vətəndaşların firavanlığının daha da yaxşılaşması və yüksəlməsi üçün cəmiyyət həyatının bütün sahələrində Azərbaycanın rifahı naminə uğurlu fəaliyyətinizi var qüvvənizlə davam etdirəcəksiniz.

Heçasan olmayan bu fəaliyyətinizdə Sizə güc-qüvvət, ruh yüksəkliyi, tükənməz enerji, müdriklik və səbr arzulayırıq.

Allah-Təala haqq işinizdə köməyiniz olsun, səmimi dualarınızı və ibadətlərinizi qəbul etsin, xeyirli əməllərinizin mükafatını versin.

Hörmətlə xeyir-dualarla,

 

Albir Krqanov

Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi,

Rusiya Federasiyası İctimai Palatasının üzvü