Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.

Siz 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiniz və Heydər Əliyev dəyərlərinə yeni nəfəs verərək ölkəmizin inkişafına böyük uğurlar gətirdiniz. Azərbaycanın iqtisadi, sosial, mədəni həyatında və digər sahələrdə böyük dəyişikliklər baş verdi. Azərbaycan regionun lider dövlətinə çevrildi, qüdrətli və bir çox ölkələr üçün nümunə oldu.

Sizin aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbəniz və seçicilərin mütləq əksəriyyətinin səsini qazanmağınız Azərbaycanın inkişafı üçün həyata keçirdiyiniz siyasətə xalqın böyük dəstəyidir.

Əminik ki, Sizin növbəti prezidentliyiniz dövründə Azərbaycan yeni uğurlara və qələbələrə nail olacaq. Bu qələbələr sırasında Dağlıq Qarabağ münaqişəsinin həllini, Azərbaycan bayrağının Qarabağda dalğalanmasını da görəcəyik.

Sizə möhkəm cansağlığı, ailə səadəti və ölkəmizin inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Akademik Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

Parlament Assambleyasının baş katibi

 

Azərbaycan.- 2018.-17 aprel.- S.7.