Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Prezident seçkilərində qazandığınız inamlı və möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Vətəndaşların Sizə göstərdiyi bu böyük etimad indiyədək Azərbaycan dövlətinin və xalqının rifahı üçün istər beynəlxalq, istərsə də yerli miqyasda gördüyünüz misilsiz işlərə verilən ən layiqli qiymətdir.

Azərbaycan xalqı növbəti dəfə Sizə etimad göstərməklə ölkəmizin parlaq gələcəyinə, davamlı və hərtərəfli inkişafına, siyasi, iqtisadi, hərbi və sosial sahələrdə gücünün artmasına dəstək verdi. Şübhəsiz ki, bu dəstək bütün fəaliyyətiniz boyu Sizi müşayiət edəcəkdir.

Hər zaman olduğu kimi, yeni prezidentlik dönəmində də “Palmali” Şirkətlər Qrupuonun kollektivi Sizin həyata keçirdiyiniz islahatlardan bəhrələnəcək, öz fəaliyyətini dəyərli tövsiyə və göstərişlərinizə əsaslanaraq təşkil edəcək, Sizin rəhbərliyiniz ilə əldə edilən inkişafa qürurla töhfə verəcəkdir.

Sizi qələbəniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, cansağlığı diləyir, hər bir işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

Mübariz Mənsimov

“PALMALİ” Şirkətlər Qrupunun prezidenti

 

Azərbaycan.- 2018.-17 aprel.- S.7.