Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə böyük uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, Sizin ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq müstəqil Azərbaycan Respublikası, onun vətəndaşları eləcə dünya azərbaycanlılarının bu günü uğurlu gələcəyi naminə gördüyünüz əvəzsiz işləri qədirbilən xalqımız həmişə yüksək qiymətləndirir qiymətləndirəcəkdir.

Xalqımızın bu il aprelin 11-də prezident seçkilərində yekdilliklə Sizin namizədliyinizə səs verməsi bunu bir daha sübuta yetirdi.

Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası adından sonsuz qürurla deyirik ki, biz Prezidentimizlə fəxr edirik!

Hörmətlə,

 

İsak Novruzov

Gürcüstan Azərbaycanlıları

Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan.- 2018.-17 aprel.- S.8.