Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Aprel ayının 11-də keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı və uğurlu qələbəniz münasibətilə Sizimüdrik Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu seçkilərdə Azərbaycan xalqı Sizə səs verməklə Azərbaycanın suverenliyinə, tərəqqisinə, rifahına və ən əsası, Cənubi Qafqazda sülhün və əmin-amanlığın inkişafına səs vermiş oldu.

Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında bir çox ilklərin müəllifidir. Azərbaycanın qüdrətlənməsi, sürətli inkişafı, regiondadünyada söz sahibinə çevrilməsi, xalqımızın firavan həyat sürməsi, eyni zamanda, Gürcüstan–Azərbaycan dostluğustrateji tərəfdaşlığı Gürcüstan azərbaycanlılarına qürursevinc bəxş edir. İki ölkə arasındakı əlaqələr Gürcüstan ictimaiyyəti və gəncliyi tərəfindən də yüksək dəyərləndirilir.

Hörmətli Prezident, bu seçkilərin demokratik və şəffaf keçirilməsi bir daha dünyaya sübut etdi ki, Azərbaycanda hakimiyyət demokratik prinsiplər üzərində qurulub, Azərbaycan tolerant ölkədir və multikulturalizmin mərkəzidir.

Möhtərəm cənab Prezident, Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm.

Biz fəxr edirik ki, Heydər Əliyev kimi liderimiz, Sizin kimi dünya şöhrətli siyasətçimiz var. Uca Tanrı Sizə və Odlar Diyarına zəfərlər və zirvələr nəsib etsin.

Hörmətlə,

 

Məhəbbət İmanov

“Borçalı-İrəli” İctimai Birliyi İdarə Heyətinin sədri

 

Azərbaycan.- 2018.-17 aprel.- S.8.