Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu qələbə Azərbaycan vətəndaşlarının Sizə göstərdiyi böyük etimadın, hörmət və rəğbətin, siyasi nüfuzkursunuzun xalq tərəfindən böyük ruh yüksəkliyi ilə dəstəklənməsinin bariz nümunəsidir.

Prezidentliyinizin bütün dövrlərində ölkə iqtisadiyyatı dinamik inkişaf edib, əhalinin həyat şəraiti yaxşılaşıb, xarici sərmayələrin yatırılması uğurla davam edib, yeni yerləri açılıb.

Möhtərəm Prezident, Siz Gürcüstanın azərbaycanlı əhalisi haqqında daim düşünür, ata-baba torpaqlarımızda rahatfiravan yaşamağımızın qayğısına qalırsınız. Buna görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Gürcüstan azərbaycanlıları SiziSizin siyasi kursunuzu həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

Əlixan Yəhyaoğlu

Gürcüstan, Bolnisi Azərbaycanlılarının

Mədəniyyət Mərkəzinin sədri,

Ümidqəzetinin redaktoru

 

Azərbaycan.- 2018.-18 aprel.- S.4.