Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Xalqımızın yüksək etimad göstərərək Sizi yenidən doğma Azərbaycanımızın Prezidenti seçməsi münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

Biz Rusiyanın Ryazan vilayətində yaşayan azərbaycanlılar həmişə Sizin fəaliyyətinizi dəstəkləmişik bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqın rifahının yaxşılaşdırılmasına, respublikanın dinamik inkişafına Azərbaycanın beynəlxalq arenada layiqli təmsil olunmasına yönələn dövləti fəaliyyətinizi ürəkdən alqışlayır Sizə yeni uğurlar diləyirik.

Hörmətlə,

 

Samir Qarayev

Rusiyada Federasiyasının Ryazan vilayətindəki

Azərbaycan diasporunun rəhbəri

 

Azərbaycan.- 2018.-18 aprel.- S.4.