Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, cənab Prezident.

Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz Azərbaycan xalqının Sizə olan böyük inamını ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələri güclü liderliyinizin nəticələrini bir daha sübut edir.

Monqolustan Azərbaycan arasında ənənəvi dostluq əlaqələrini bir çox sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil idman sahələrində mövcud olan əməkdaşlığı dinamik inkişaf etdirmək üçün ölkələrimizin böyük potensialı var.

Tam əminəm ki, qarşılıqlı səylərimiz nəticəsində ölkələrimiz arasındakı əməkdaşlıq yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Əliyev, Sizə möhkəm cansağlığı, uğurlar ən xoş arzularımı çatdıraraq, Sizə münasib bir vaxtda Sizi Monqolustana səfər etməyə dəvət edirəm.

Dərin hörmətlə,

 

Xaltmaaqiyn Battulqa

Monqolustan Prezidenti

 

Azərbaycan.- 2018.- 19 aprel.- S.8.