Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə Sizi İslam Əməkdaşlıq Təşkilatının filialı olan Dialoq Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyəti, katibliyi üzv ölkələri adından səmimi qəlbdən təbrik edir yeni prezidentliyiniz dövründə Sizə yeni-yeni uğurlar arzulayıram.

Sizin səriştəli rəhbərliyiniz sayəsində Azərbaycan bu gün təkcə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında deyil, həm dünyada nüfuz sahibi olan ölkələrdən birinə çevrilib. Böyük səs çoxluğu ilə qazandığınız qələbə Azərbaycan xalqının ölkədə uğurla həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf yönümlü siyasətə bəslədiyi etimadın və güclü dəstəyin bariz nümunəsidir. Əminik ki, növbəti yeddi ildə də Azərbaycan Respublikası Sizin müdrik siyasətiniz sayəsində indiki inkişaf tempini qoruyub saxlayacaq, gündəlikdə duran bütün məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olacaq.

Biz Sizin bütün dünyada gənclərin maraqları naminə İslam Əməkdaşlıq Təşkilatının gənclər strategiyasını həyata keçirən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz davamlı dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Həmçinin Azərbaycan Respublikasının milli maraqlarına xidmət edərək “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlərdə də əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Zati-aliləri, Sizə Azərbaycan xalqının firavanlığı və ölkəmizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Dərin hörmətlə,

 

Elşad İsgəndərov

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı

Gənclər Forumunun sədri

Türkiyə Respublikası, İstanbul şəhəri

 

Azərbaycan.- 2018.-20 aprel.- S.3.