Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Ölkəmizdə keçirilən prezident seçkilərində qazandığınız möhtəşəm və tarixi qələbəniz münasibətilə Sizi Solikamsk şəhərindəki Azərbaycan diaspor təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Birliyimizin və həmrəyliyimizin əsasında Azərbaycan Respublikasının müstəqilliyi dayanır. Bu müstəqilliyin qorunması, inkişafı və dünya birliyində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Əminəm ki, Azərbaycan hər zaman Sizin rəhbərliyinizlə tərəqqi, quruculuq, sabitlikmüasirlik timsalı olacaqdır. Azərbaycan Sizinlə güclü, Sizinlə qüdrətlidir. Respublikamızda sabitliyin davamlı olması naminə Sizə tükənməz enerji və məqsədyönlü işlərinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

Uğur Əfəndiyev

Rusiya Federasiyası Perm vilayətinin Solikamsk

şəhərindəki Azərbaycan diasporunun sədri

 

Azərbaycan.- 2018.-20 aprel.- S.4.