Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İsveç Krallığında fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyəti adından ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Sizin xalqımızın yüksək etimadını qazanmağınız İsveçdə yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olmuşdur. Aprelin 11-də keçirilən prezident seçkilərindəki qələbəniz Sizin ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin bariz nümunəsidir.

Fəxrlə qeyd etmək istərdik ki, Sizin rəhbərliyinizlə doğma Vətənimiz inkişaf edərək dünyanın aparıcı ölkələri arasında layiqli yerini tutub. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı bu gün inkişafintibah tarixini yaşayan dövlətimizlə fəxr edir, bu yolda Sizin yürütdüyünüz uğurlu siyasəti ürəkdən dəstəkləyir.

Bu xoş fürsətdən istifadə edərək, çox şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlaryeni nailiyyətlər diləyir, Zati-alinizə və doğmalarınıza möhkəm cansağlığı və səadət arzulayırıq.

Hörmətlə,

 

Nadir Hollenbrand

İsveç Krallığının Stokholm şəhərində fəaliyyət göstərən

“Azərbaycan Naminə” Cəmiyyətin sədri,

Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti

 

Azərbaycan.- 2018.-20 aprel.- S.4.