Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezidentimiz.

Zati-alinizin yenidən Azərbaycan Prezidenti seçilməsinə qəlbən sevinir və Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyiqardaş ölkədə yaşayan çoxsaylı soydaşlarımız adından Sizə səmimi təbriklərimizi çatdırırıq.

Siz, eyni zamanda, bütün dünya azərbaycanlılarının Prezidentisiniz.

Həyata keçirdiyiniz dövlətçilik siyasəti Azərbaycanımızın müstəqilliyinin möhkəmləndirilməsini, hərtərəfli inkişafını və beynəlxalq aləmdə mövqeyinin getdikcə yüksəlməsini təmin etdikcə, doğma Vətənimizlə daha çox qürur duyuruq.

Əziz Prezidentimiz,

Ali Baş Komandanı olduğunuz Azərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını işğalçılardan azad edəcəyi günün yaxınlaşdığına əminik və Qarabağda keçirəcəyimiz qələbə bayramını səbirsizliklə gözləyirik.

Zati-alinizə uzun ömür, cansağlığı, səadət və ali dövləti vəzifənizdə bundan sonra da böyük uğurlar arzulayırıq.

 

Əzizağa Əliyev

Qırğız Xalq Assambleyasının

“Azəri” İctimai Birliyinin prezidenti,

Qırğız Respublikasının əməkdar hüquqşünası

 

Azərbaycan.- 2018.-20 aprel.- S.4.