Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində “Rus inqilabı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: 100 ildən sonra baxış” mövzusunda elmi-praktik konfrans təşkil olunub. Konfrans MDU-nun tarix fakültəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

Konfransın aparıcısı, tarix elmləri namizədi, MDU-nun yaxın xarici ölkələr kafedrasının dosenti İsmail Ağakişiyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışıb. O, görüş iştirakçılarının Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu, rus inqilabı, Cümhuriyyət dövründə təhsil, Cənubi Qafqaz, Azərbaycan ziyalılarının formalaşmasında Rusiya təhsili və digər mövzuları müzakirə edəcəklərini diqqətə çatdırıb.

Tarix fakültəsinin dekanı İvan Tuçkov AXC-nin yaradılmasını tarixdə önəmli hadisə adlandıraraq bildirib ki, 1917-ci il inqilabı tarixin gedişini dəyişib. O, nə qədər faciəvi olsa da, XX əsrin əvvəllərində baş vermiş hadisələrin ətraflı öyrənilməsinin vacibliyini vurğulayıb, AXC-nin Azərbaycan Respublikasının formalaşmasının bütün mərhələlərinə təsir etdiyini qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdən əvvəl M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi ilə görüşdüyünü qeyd edərək bildirib ki, universitetin rektoru Prezident İlham Əliyevin yenidən Azərbaycan dövlətinin başçısı seçilməsi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında əlaqələrin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Səfir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev AXC-nin 100 illiyinin qeyd olunması barədə Sərəncam imzalayıb və bugünkü tədbir həmin Sərəncam çərçivəsində keçirilən ilk tədbirdir.

Azərbaycan ilə Rusiya arasında əlaqələrin tarixinin 200 ildən çox bir dövrü əhatə etdiyini bildirən diplomat deyib ki, Yaxın Şərqdə ilk demokratik respublikanın yaradılması böyük hadisədir. XIX əsrin axırları və XX əsrin əvvəllərində Bakıda neft bumu müşahidə olunurdu. Təkcə Rusiyadan deyil, Avropadan da buraya mühəndislər, həkimlər, müəllimlər gəlirdilər. Bütün bunlar Azərbaycanda azadlıq, demokratiya ideyalarının formalaşmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Rusiya imperiyasının birinciikinci çağırış parlamentində - Dumada Azərbaycan nümayəndələri də seçilmişdilər, türk qrupunun rəhbəri isə Əlimərdan Topçubaşov idi.

Səfir vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövləti AXC-nin hüquqi və mənəvi varisidir. AXC-nin yaradıcıları olduqca mürəkkəb vəziyyətdə dövlət quraaz müddət – 23 ay fəaliyyət göstərmələrinə baxmayaraq, ölkəmiz və demokratiyanın inkişafı üçün böyük işlər görüblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda ilk demokratik respublika qurucularının xatirəsinin daim ehtiramla anıldığını bildirərək qeyd edib ki, AXC-dən danışarkən “ilksözü tez-tez işlənir. Bu, həm Şərqdə ilk demokratik respublika, həm Azərbaycanın ilk ordusu, himni, parlamentis. ilə bağlıdır. Nazir müavini, həmçinin xatırladıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlərin araşdırılması üçün ilk Fövqəladə İstintaq Komissiyasının yaradılması da AXC-nin adı ilə bağlıdır. Azərbaycan xalqının həmişə dinc yanaşı yaşama prinsipini üstün tutduğunu vurğulayan nazir müavini ölkəmizdə multikulturalizm siyasəti və ənənələrindən danışıb. O vurğulayıb ki, Azərbaycanda bütün tarixi abidələr, o cümlədən Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunub saxlanılır.

F.Qurbanov 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilmiş mart qırğınları zamanı ən böyük qırğının Şamaxı Cümə məscidində baş verməsindən və Prezident İlham Əliyevin tapşırığı ilə məscidin yenidən qurulmasından danışıb. Nazir müavini Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrdən, Azərbaycanda rus dili və mədəniyyətinə qayğıdan da söhbət açıb.

Tarix fakültəsinin dekan müavini Oksana Solopova AXC-nin yarandığı dövrdə bir çox Azərbaycan ziyalılarının Rusiyanın müxtəlif ali məktəblərində təhsil aldıqlarını və ölkənin elmi, mədəni, siyasi həyatında mühüm rol oynadıqlarını bildirib. O, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında AXC-nin təcrübəsinin əhəmiyyətindən danışıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İlielan olunduğunu qeyd edərək, Azərbaycan və Rusiya alimlərinin sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Alim Cənubi Qafqazda millətlərarası və etnoslararası münaqişələrin tarixinin öyrənilməsində Rusiya alimləri ilə əməkdaşlığın vacibliyini də diqqətə çatdırıb.

Tədbirdə sovet və Azərbaycan diplomatı, Azərbaycan emiqrasiyasının tədqiqatçısı Ramiz Abutalıbov, AMEA Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev və başqaları da çıxış ediblər.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş “1919-1940-cı illər Paris arxividördcildliyinin təqdimatı olub.

 

Azərbaycan.- 2018.- 20 aprel.- S.8.