Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə prezidentliyinizin yeni dönəmində uğurlar arzulayıram.

Sizin yürütdüyünüz siyasət sayəsində Azərbaycan dövləti yeni inkişaf səviyyəsinə yüksəlib. İnanıram ki, tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə də nail olacaqsınız. Xaricdə yaşayan bir azərbaycanlı kimi mən və rəhbərlik etdiyim Azərbaycan–Niderland “Odlar yurdu” cəmiyyətinin üzvləri Sizi dəstəkləyir və inanırıq ki, Azərbaycanın sosial, iqtisadi, maliyyə, hərbi, müdafiə və digər sahələrdə inkişafı naminə fəaliyyətinizi uğurla davam etdirəcəksiniz.

Möhtərəm cənab Prezident, Sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

 

Firəngiz Bağırova

Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyətinin sədri

 

Azərbaycan.- 2018.- 21 aprel.- S.3.