Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident.

Dövlətlərimiz arasındakı münasibətlərin daha da möhkəmləndiyi bir dövrdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Zati-aliləri, Sizə ali dövləti vəzifənizin icrasında uğurlar diləyir, Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzularımızı ifadə edərək, hörmət və ehtiramla ən xoş salamlarımızı və təbriklərimizi çatdırırıq.

Hörmətlə,

 

Stefano Palmieri,

Matteo Çiaççi

San-Marino Respublikasının Kapitan Regentləri

 

Azərbaycan.- 2018.- 22 aprel.- S.2.