Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident.

Azərbaycan xalqının inamını qazanaraq yenidən prezident seçilməyiniz münasibətilə Misir-Azərbaycan qardaşlıq Assosiasiyasının üzvləri Zati-alinizə səmimi təbriklərini çatdırmaqdan xoşbəxtlik duyur.

Bizi o da sevindirir ki, Sizin seçkilərdə qələbəniz Misirdə Prezident Əbdül-Fəttah əs-Sisinin yeni prezidentlik müddətinə seçilməsi ilə eyni vaxta təsadüf etmişdir. Misir xalqı tam əmindir ki, Zati-aliniz Misir və Azərbaycan xalqları arasındakı qardaşlıq və dostluq münasibətlərinin daha da dərinləşməsi üçün çalışacaq.

Assosiasiyanın üzvləri Qarabağda qardaş Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün göstərdiyiniz yorulmaz səylərinizi dəstəkləyir və hesab edirlər ki, məhz bu səylər Qafqazda sülhə aparan yolu özündə təcəssüm etdirir.

Paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin qurulması yolunda Fələstin xalqının hüquqlarını dəstəkləməyiniz uğrunda mübarizə apardığınız prinsipial mövqelərinizin daha bir təsdiqidir.

Zati-aliləri,

Biz Misirdə terrora qarşı rəşadət və şərəflə mübarizə aparırıq. Tarixin Misir üçün yazısı bu olmuşdur ki, beynəlxalq terrora sinə gərsin və onu məğlub etsin.

Hörmətli Prezident, Assosiasiya üzvləri Azərbaycan xalqının Sizi yenidən Prezident seçməsini sevinclə qeyd edir və təsdiqləyirlər ki, müştərək tale, ədalət, qanuna söykənən hüquqlar, birgə əməkdaşlıq üzərində qurulmuşsülhün hökm sürəcəyi dünya uğrunda mübarizə xalqlarımızı bir-birinə daha sıx birləşdirir.

Cənab Prezident,

Sizi səmimi qəlbdən təbrik edir, daim müvəffəqiyyət arzulayırıq. Allah yolunuzu Mübarək etsin, Rəbbimiz Sizi qorusun. Sizə və qardaş Azərbaycan xalqına xoşbəxtlik diləyirik.

Ali ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

 

Doktor Əbdür-Rəhman Əli Saad

Cəmiyyətin İnkişafı Naminə Misir-Azərbaycan

Qardaşlıq Assosiasiyasının baş katibi

 

Azərbaycan.- 2018.- 22 aprel.- S.2.