Vəhşiliyin erməni forması

 

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutan işğalçıların məkrli niyyətlərinin ifşa edilməsi üçün informasiya mübarizəsi şəbəkəsinin genişləndirilməsinin vacibliyini xüsusi qeyd edərək demişdir: “Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gündavam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik təcrübəsi olan erməni millətçi ideoloqları, xaricdəki erməni lobbisi ölkəmizə və xalqımıza qarşı incə və məkrli metodlardan istifadə etməklə təbliğat müharibəsi aparır, uydurma tezislər və faktlarla dünya ictimaiyyətini çaşdırmağa, onu yalanlarla aldatmağa, işğal faktını unutdurmağa çalışırlar”.

Ermənistan adlı bir dövlətin Cənubi Qafqazda yaradılması çarizminonun xələfi olan sovet hakimiyyətinin ideyası idi. Ermənistan SSR yaradılarkən 1921-ci ildə tarixi Qarabağın böyük bir hissəsi olan Zəngəzur qəzası, 1923-cü ildə isə həmin bölgənin dağlıq hissəsi (Cavanşir qəzası bütövlükdə, Şuşa və Cəbrayıl qəzalarının isə yuxarı hissəsi) muxtariyyət üçün ermənilərə verildi. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və o vaxtdan leksikonumuza “Dağlıq Qarabağ” ifadəsi daxil edildi. Nəticədə Qarabağonun istər dağlıq, istərsə də aran hissələri qəsbkarların işğalına məruz qaldı.

Ötən əsrin sonlarında isə ermənilər dağılmaqda olan Sovet İttifaqının hərbi-siyasi dəstəyi ilə yenidən Azərbaycanın ərazilərinə soxularaq daha dözülməz vəziyyət yaratdılar. Əslində, nəinki Qarabağın dağlıq hissəsi, hətta aranı da işğala məruz qaldı. Zəngəzurdan, İrəvandan və orada vaxtilə mövcud olmuş on altı mahalımızdan qovulan soydaşlarımızla birlikdə Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan didərgin salınmış bir milyondan artıq soydaşımız doğma ev-eşiyindən uzaq düşdü.

Tarixi mənbələrə əsasən, 1918-ci il may ayının 4-də ermənilər gizli yolla Andronik Ozanyanın qoşununu Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonu ərazisinə gətirərək gecə qəflətən müsəlman kəndlərinə hücum edirlər. Şahidlərin söylədiklərinə görə, ermənilər kəndləri yandırır, talan edir, dinc əhalini isə işgəncələrlə qətlə yetirirlər. Belə işgəncələrlə türksoyluların qətlə yetirilməsi sanki ermənilər üçün bir əyləncə olur.

O vaxt (Kəvər (Kamo), Bayazit (Sevan), Gözəldərə, Haçalı, Yarpızlı, Əzizli, Tüstülü, Yuxarı Zağa, Aşağı Zağa, Kərkibaş, Qanlı, Qırxbulaq, Aşağı Məzrə, Yuxarı Məzrə...) 35 müsəlman kəndi Andronik Ozanyanın qoşunu tərəfindən tamamilə dağıdılıb, Basarkeçər isə ermənilərə verilib. Müsəlman əhali o qədər qırılıb ki, kəlbəcərlilər onları dəfn belə edə bilməyiblər. Kəlbəcərə yaxın olan DikyurdSöyüdlü yaylaqlarındakı qırğınlar daha dəhşətli olub. “Sümüktökülən dərə” adlanan ərazi o illərin şahidi kimi göz dağına çevrilib. Həmin qırğınlarda Göyçə mahalı 17 min nəfərini itirib...

Ən dəhşətlisi odur ki, dağlarda gecə boranda-çovğunda qırılan göyçəlilərdən kimsə xəbər tutmayıb. Son illərə qədər sümüklə dolu olan o müdhiş yer “Sümüktökülən dərə” adı ilə coğrafi məkana çevrildi. 1918-ci ilin qışında erməni işğalçıları Kəlbəcərin şimalında yerləşən, o vaxtsonralar 32 kənddə qədim sakin olan azəri türklərini Kəlbəcər ərazisinə qovub, bütünlüklə var-dövlətlərini talan ediblər. Həmin ilin qış aylarının görünməmiş dərəcədə sərt keçməsi şahidlərin bu gün də yaddaşındadır. Təkcə onu demək kifayətdir ki, gecə ikən şiddətli borantufanda 3-4 yüz ailə ayaqyalın-başaçıq dərin dağ dərəsində qarın altında qalaraq tamamilə qırılıb, salamat qalanlar isə Kəlbəcərin Basarkeçərlə həmsərhəd kəndlərinə sığınıblar.

Həmin o qanlı dərədə illərlə yağışın, qarın, sel-suyun altında qalan insan sümüklərinin kimlərə məxsus olması sovetlərin saxta beynəlmiləlçilik siyasətindən yaranmış xof nəticəsində sonrakı nəsillərdən gizli saxlanılıb. Ötən əsrin səksəninci illərinin sonlarında daşnaklar yenidən fəallaşaraq qədim oğuz yurdu olan, vaxtilə on altı mahaldan ibarət Qərbi Azərbaycandan, o cümlədən türk dünyasına Aşıq Alı, Dədə Ələsgər, Aşıq Nəcəf, Növrəs İman... kimi ölməz sənətkarlar yetirmiş Göyçədən soydaşlarımızı qovaraq onları həmin dərədə gülləbaran ediblər. Bundan sonra “Sümüktökülən dərə”nin dərdi “dil açdı”. Faciələrimizin və qırğınlarımızın silsiləsinə qatılan həmin hadisələrin şahidləri qalmasalar da, onların oğul-uşaqları “Sümüktökülən dərə”nin dərdini dilə gətiriblər.

Bu, o zamanlar idi ki, S.Şaumyanonun əlaltılarının “xeyir-duası”nı alan quldur, türk qanına susayan Andronik Ozanyan xalqımıza qarşı xəyanət toru hörürdü. Onun ilk qurbanları isə Zəngəzurun dinc sakinləri oldu. O zaman Dərələyəz, Zəngəzur, Göyçə mahalı, İrəvan quberniyası əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Erməni quldur dəstələri müsəlman kəndlərini odlara qalayır, uşaqları diri-diri tonqallara atır, xüsusilə qocalara, qadınlara əzab-əziyyət, işgəncə verirdilər.

Kəlbəcərin Ermənistanla həmsərhəd olması zaman-zaman torpaqlarının bir hissəsinin ermənilər tərəfindən zəbt edilməsinə və ya keçmiş sovetlər birliyi dövründə yürütdüyü məkrli siyasət nəticəsində “pay” verilməsinə gətirib çıxarıb. Kəlbəcər ərazisindəki yeraltı və yerüstü xəzinəyə görə o, daim ermənilərin tamahına səbəb olub. Təəssüf ki, Azərbaycan torpaqlarını işğala məruz qoyan Ermənistan və onun hazırkı havadarlarının törətdiyi soyqırımı aktları bu kimi faktlarda öz təsdiqini tapsa da, dünyada ikili standartlı siyasət hələ davam etdirilir. Qubada son illər aşkar edilmiş kütləvi qırğınların şahidi “açıq məzarıstan”lar türk dünyasının bütün ərazilərində mövcuddur, sadəcə, onları üzə çıxarıb, dünyanın aparıcı dövlətlərinin ictimaiyyətinin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırmaq lazımdır. Belə faktlar Azərbaycanın təkcə şimalında və ya qərbində deyil, cənub və şərqində də yetərincədir.

O qanlı dərə son illər başqa bir formada erməni vandalizminə şahidlik edib. Kəlbəcərlə Göyçə mahalının Basarkeçər (Ermənistan hakimiyyəti həmin rayonunun da adını dəyişdirib Vardenis eləmişdi) rayonu arasındakı kəlbəcərlilərin yaylaq yeri olan Dikyurda ermənilərin ilk həmləsi yaddaşlara daha ağrılı yazıldı. Hələ erməni-müsəlman münasibətlərini dərindən dərk etməyən yeniyetmə yaşlarında olan, ata-ananın yeganə oğlu Hidayət Cəfərovu yaylaqda, örüş-otlaq sahəsindən 500 başdan artıq mal-qara ilə birlikdə oğurlayıb aparanda onun başına açdıqları oyun, verdikləri zülm nə qələmlə yazılası, nə də dillə deyiləsidir. Övladları 31 gün erməni əlində girov qalan atası Əhməd kişi ilə anası Çiçək xala onun bu zülmünü sonradan eşidib dəlilik dərəcəsinə gəldilər və elə həmin dərdlə də dünyadan köçdülər. Hidayət isə erməni zülmünü xatırladıqca psixoloji sarsıntıya məruz qalaraqölüb-dirilir”.

Kəlbəcərin Otaqlı kəndindən olan, hələ Qarabağda hadisələr şiddətlənmədiyi 1989-cu ilin yay aylarında yaylaqdan girov götürülən Hidayət Əhməd oğlu Cəfərovun mal tövləsində üstünə əfi ilan buraxılması, bir ay ac-susuz saxlanıb yerə duz səpərək ona yaladılması, ağzına zorla spirtli içki tökərək vəhşicəsinə döyülməsi, kəllə-beyin travması yetirilməsi və göstərilən digər antiinsani münasi-bətlər qəddarlıq və vandalizm deyildimi?

Hidayət deyir: “Məni Basarkeçərdə qaranlıq bir mal tövləsinə qatıb huşumu itirəncəyədək döydülər. Deyirdilər yaz ki, Kəlbəcər onların tarixi torpaqlarıdır və biz türklər o yerlərə sonradan gətirilmişik. Məcbur edirdilər deyim ki, Kəlbəcər Ermənistana birləşmək istəyir. Bunu mənə dedirdə, yazdıra bilmədikləri üçün işgəncələri artırır, amma öldürmək yox, əzab verib, bundan ləzzət alırdılar”.

... Bir gün onu o qədər döyürlər ki, huşunu itirib yıxılır. Ayılanda qapının arasından 2-3 ilanı içəri buraxdıqlarını görür. Qorxudan dodaqları yarılır, səsi batır, qışqırmaq istəyir, səsi çıxmır: “İlanlar gürzə idilər. İki balaydı, bir ana. Ana ilan mənə sarı süründü. Düz üzbəüz üstümə gəlirdi. Sıxıldım tövlənin qaranlıq küncünə. Üstümə atıla bilərdi. Amma nədənsə, dəymədi mənə, sürünüb geri qayıtdı, yer tapmaq istəyirdi çıxsın. Balacalar da onun yanında qıvrılıb qapının arxasında yatdılar. Sabaha kimi onlar da içəridə mənimlə qaldı. Gün çıxanda onlar qapının altından yer tapıb bayıra sürünüb çıxdılar. Ermənilər elə fikirləşirlər ki, ilanlar məni çalıb. Amma ilanların mənə dəymədiyi möcüzə idi. Ermənilərdən biri söydü və məni təpikləyib dişlərimi sökdü”.

Hidayətin həmkəndlisi, iki gözündən əlil olan Elxan Novruzovun isə əsirlikdə keçirdiyi 4 il ərzində gördükləri daha dəhşətli idi. Ağdərə ərazisi erməni silahlılarından azad edilərkən Kəlbəcər rayonunda çıxan “Yenilik” qəzeti mətbəəsində linotipçi (sətiryığan) işləyən Elxan Novruzovun BMP-sini vurub sıradan çıxardılar və onu yaralı halda əsir apardılar. 2 il gizli şəkildə, Ağdərə və Xankəndidə şəxsi evlərin zirzəmilərində heyvani münasibətlər göstərmiş, dəfələrlə qaçaraq canını bu dəhşətli zülmlərdən qurtarmağa çalışan gənci zəncirləyərək saxlamışlar ki, döyüşlər zamanı öldürülmüş hansısa erməni komandirinin cəsədi ilə dəyişdirsinlər. Dövlətimizin və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə səyləri nəticəsində 4 il-lik girovluq həyatı yaşamış Elxan İmran oğlu Novruzovun 24 aprel tarixində 4 qızıl dişinin öz əli ilə (adi kəlbətinlə) iynəsiz-dərmansız çıxarılması, sadəcə, vandalizm aktı sayıla bilməz, bu, əslində, soy-qırımı siyasətinin tərkib hissələrindəndir.

Belə dəhşətləri yaşayan yalnız Elxan Novruzov deyildi. Ağdamın işğalı zamanı ermənilər tərəfindən girov götürülən ağbirçək Şərqiyyə Rza qızı Şirinovanın da 8 qızıl dişi mismar kəlbətini ilə çə-kilmişdi. Altı ay işgəncələrə məruz qalan Şərqiyyə Şirinova da orada gördüyünü və yaşadıqlarını dillə deməyi bacarmır, düşmənə nifrəti və qəhər zəhər kimi onu boğur...

Belə ağlagəlməz işgəncə üsulu ilə vandalizm aktları törədən, faşist xislətli daşnak ideoloqlarının çirkin niyyətlərinin ifşası bu gün Azərbaycan ictimaiyyətinin, eləcə də sadə vətəndaşların belə vətənpərvərlik borcuna çevrilməlidir. Bu istiqamətdə aparılan tədqiqat, axtarış və tarixi materiallar bir daha təsdiqləyir ki, əslində, soyqırımına məruz qalan ermənilər deyil, türklər, o cümlədən azərbaycanlılardır. Təəssüf ki, ermənilər tərəfindən dəfələrlə törədilən həmin dəhşətli qırğınlar və qətliamlar barədə uzun müddət danışılmayıb, beynəlxalq aləm bundan xəbərsiz qalıb. Bu isə onların daha da azğınlaşmasına gətirib çıxarıb. Dünya birliyi isə hələ də onların “nazı ilə oynayır”. Əslində, onlar havadarlarının “havasına oynayırlar”, öz çirkin niyyətlərinə çatmaq üçün.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 25 aprel.- S. 11.