Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, bundan sonra da bütün istiqamətlərdə olduğu kimi, diaspor təşkilatlarının inkişafında da yeni addımlar atılacaqdır.

Biz Nigeriyada yaşayan azərbaycanlılar Azərbaycan həqiqətlərinin təbliğində, həmvətənlərimizin hüquq və mənafelərinin müdafiəsi yolunda gördüyünüz işləri yüksək qiymətləndirir, siyasi kursunuzu yekdilliklə dəstəkləyirik.

Cənab Prezident, Azərbaycan Respublikasının daha da inkişafı naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, zəngin təcrübəniz və yüksək idarəçilik istedadınız bundan sonra da ali dövləti vəzifənizdə böyük uğurlar qazanmağınıza imkan verəcəkdir.

Hörmətlə,

 

Billurə Bayramova-Bernard

Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri

 

Azərbaycan.- 2018.- 26 aprel.- S.4.