Akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verilib

 

Aprelin 25-də Azərbaycan Dövlət Neft Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik A.Əlizadənin həyat fəaliyyətindən, elmin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Akademik A.Əlizadənin görkəmli elm xadimi kimi çoxşaxəli fəaliyyətindən söz açan rektor onun ADNSU-nun məzunu olduğunu, universitetin müəllim tələbələrinin bununla qürur duyduqlarını vurğulayıb. Akademik A.Əlizadənin doğma təhsil müəssisəsi ilə sıx əlaqə saxladığını diqqətə çatdıran M.Babanlı ADNSU-da çalışan əməkdaşların, neftçi geoloqların, eləcə elmdə ilk addımlarını atan gənclərin onun qayğı dəstəyini daim hiss etdiklərini bildirib.

Təhsil naziri Ceyhun Bayramov akademik Akif Əlizadənin ölkəmizdə elmin, xüsusilə geologiya geofizika elminin tərəqqisində, gənc elmi kadrların inkişafında əvəzsiz rolunu qeyd edib.

Görkəmli alim A.Əlizadənin respublikanın sabit inkişafını təmin edən neft qaz, polimetal filiz, qeyri-metal faydalı qazıntı yataqlarının kəşf edilməsində mühüm xidmətlərini vurğulayan C.Bayramov onun şərəfli ömür yolunun hər bir tələbə gənc alim üçün örnək olduğunu söyləyib.

ADNSU-nun professoru Pərviz Məmmədov, universitetin nəzdindəki Neftin, Qazın Geotexnoloji Problemləri Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Elmira Ramazanova akademik A.Əlizadənin elmə verdiyi dəyərli töhfələrdən danışıblar.

Tədbirdə çıxış edən akademik A.Əlizadə ADNSU-da təhsil aldığı illəri xatırlayıb, bu ali təhsil ocağında çalışan müəllimlərinin əməyini yüksək dəyərləndirib.

Yeni tələblərə cavab verən, bilikli bacarıqlı mütəxəssislərin hazırlanmasında ali məktəblərin rolunu vurğulayan alim ADNSU-da təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətindən bəhs edib, təhsil müəssisəsinin uğurlarına sevindiyini söyləyib.

Sonra professor M.Babanlı akademik A.Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunu təqdim edib.

ADNSU-nun rektoru tələbələrə akademik Akif Əlizadə adına təqaüdün verilməsinin nəzərdə tutulduğunu bildirib.

 

Azərbaycan.- 2018.-26 aprel.- S.6.