Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Azərbaycan xalqı bir daha həm özü, həm də Vətən üçün düzgün seçim etdi. Sizin yenidən bu vəzifəyə seçilməyiniz bizim və övladlarımızın sabitfiravan gələcəyinə təminat verir.

Hörmətli Prezident, Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər, ölkənin əlverişli maliyyə vəziyyəti, dünya arenasında Azərbaycanın imici, xalqımızın firavanlığı və daha neçə-neçə üstünlüklər – bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin və Sizin gərgin və fədakar əməyinizin nəticəsidir. Azərbaycan və onun xalqı üçün qazandığınız bütün bu uğurlara görə Sizə çox minnətdarıq.

Azərbaycanın Cənubi Afrikadakı dostları Sizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə uzun ömüruğurlar arzulayırlar.

Hörmətlə,

 

Cəmil Məmmədəlizadə

“Azərbaycanın Cənubi Afrikadakı dostları”

qeyri-hökumət təşkilatının sədri

 

Azərbaycan.- 2018.- 29 aprel.- S.2.