Y.S.Qusmanın “Dostluqordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Yuli Solomonoviç QusmanDostluqordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2018-ci il

 

Azərbaycan.- 2018.-2 avqust.- S.3.