Göylə işiniz olmasın

 

 

 

 

Tanrı verib Yeri bizə,

O bəsdir hər birimizə.

İnsanlar, sözüm var sizə,

Göylə işiniz olmasın.

 

Kəhkəşanlı bağçadır o,

Əl çatmayan taxçadır o.

Ağzı bağlı boğçadır o,

Göylə işiniz olmasın.

 

Hər insanın öz kəsi var,

Hər kəsin öz nəfsi var.

Oranın öz yiyəsi var,

Göylə işiniz olmasın.

 

Yeddi qatı yarıb, dəlib,

Qanadını yerə sərib,

Bilin, Quran ordan gəlib.

Göylə işiniz olmasın.

 

Ümidlər gözü ordadır,

Kitablar sözü ordadır.

Allahın özü ordadır,

Göylə işiniz olmasın.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2018.- 12 avqust.- S.6.