Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyiyubiley medalı ilə təltif olunub

 

 

 

 

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun 2018-ci il 14 avqust tarixli əmri ilə SOCAR-ın birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ölkəmizin qocaman neftçi-aliminə mükafat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təqdim olunub.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb.

Nazir qeyd edib ki, Xoşbəxt Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçünböyük örnəkdir.

Akademik Xoşbəxt Yusifzadə mükafat üçün səmimi minnətdarlığını bildirib, respublikada asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıb.

 

  Azərbaycan.- 2018.- 17 avqust.- S.2.