Aqroparklarda məhsuldarlıq daha yüksək olur

 

 

 

 

Səbəb müasir texnika və texnologiyaların tətbiqidir

 

Müasir dünyada aqrar sektorun inkişafı günün tələbinə çevrilib. Dünya əhalisinin artması ilə yanaşı, torpaqlardan əsrlər boyu düzgün istifadə edilməməsi məhsuldarlığı azaldıb. Göründüyü kimi, əhalinin çoxalması tələbatı artırıb, əvəzində isə məhsuldarlıq aşağı düşüb. Dünyanın inkişaf etmiş ölkələri bu ziddiyyəti aradan qaldırmaq üçün torpaqdan daha səmərəli istifadə etmək barədə qərar qəbul edib. Bunu həyata keçirmək üçün aqrar sektorda müasir texnikatexnologiyalardan istifadəyə üstünlük verilib. Bunun sayəsində məhsuldarlığı bir neçə dəfə artırmaq imkanı yaranıb.

İlk aqropark Hollandiyada yaradılıb. Avropanın şimalında yerləşən, iqlimi soyuq olan bu ölkə kənd təsərrüfatında müasir texnikatexnologiyalardan istifadə etməklə yüksək məhsuldarlıq əldə etməyə nail olub. Aqrar ölkələrlə yanaşı, sənaye cəhətdən inkişaf etmiş ölkələr də kənd təsərrüfatında bol məhsul yetişdirməklə ixracatında maraqlıdır. Hazırda dünyada kənd təsərrüfatı məhsullarının ixracında çəkisinə görə ilk beşlikdə ABŞ, Braziliya, Çin, KanadaHindistan qərarlaşıb.

Elə ölkə var ki, bir sahə üzrə ən yüksək məhsul istehsalına sahibdir. Məsələn, qardaş Türkiyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2013-cü ildə açıqladığı məlumata görə, fındıq, heyva, albalı, əncir və ərik istehsalı üzrə dünya lideri, həmçinin bir sıra məhsullar üzrə ilk beşlikdə qərarlaşıb. Eyni zamanda Türkiyə dünyada bal istehsalı üzrə dördüncü yerdədir.

Kənd təsərrüfatı məhsullarına marağın artmasının iki səbəbi var: bunlardan biri siyasi, digəri isə iqtisadi amillə bağlıdır. Siyasi səbəb odur ki, dövlətlər ərzaq məhsulları ilə, xüsusilə daha çox işlənən taxıl, düyü məhsulları ilə digər dövlətlərə təzyiq göstərir. İqtisadi tərəfi isə dünya əhalisinin ərzağa tələbatının artması, bununla da kənd təsərrüfatı məhsullarının bahalaşmasıdır. Məhsulun dəyərinin artması isə gəlirin yüksəlməsinə imkan yaradır. Beləliklə, kənd təsərrüfatı məhsullarının gəlirliyi ildən-ilə yüksəlir.

İndiki halda aqrar sektorun inkişafı strateji əhəmiyyət daşıyır. Məlumdur ki, bir çox hallarda dövlətlər ərzaq məhsullarının satışı ilə bir-birini şantaj edərək siyasi təzyiq göstərir. Bununla bağlı ərzaq təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan da müstəqil dövlət kimi milli maraqları əsas tutaraq ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı sahəsində ciddi struktur islahatları həyata keçirir. Aqrar sektorda aparılan siyasətin başlıca məqsədi kiçikorta fermerlərə dəstəkdir. Çünki bu həm əhalinin kütləvi şəkildə məşğulluğunu təmin edir, həm də ərzaq bolluğu yaradır. Digər tərəfdən, dövlətin strateji əhəmiyyət verdiyi kənd təsərrüfatı məhsulları var. Məsələn, taxıl, pambıq, heyvandarlıq məhsulları, çəltik, tütün, baramas. Bu məhsulların yetişdirildiyi sahələrin inkişafı dövlət üçün əhəmiyyətli olduğundan onlara xüsusi diqqət ayrılır.

Sirr deyil ki, bu gün Azərbaycanda kiçikorta həcmli fermer təsərrüfatlarında məhsuldarlıq yüksək deyil. Məsələn, taxılçılıqda məhsuldarlıq ölkə üzrə 30 sentner olduğu halda aqroparklarda bu rəqəm 50 sentnerdir. Kiçikorta fermerlər maliyyə çatışmazlığı üzündən təsərrüfatlarda müasir texnikatexnologiyalardan istifadə edə bilmirlər. Digər tərəfdən, torpaq payı az olan kiçik fermerlərə yüksək qiymətli texnikatexnologiyalardan istifadə etmək iqtisadi cəhətdən sərfəli deyil. Belə ki, fermerin bu texnikanı almaq üçün sərf etdiyi vəsait əvəzinə qazanc əldə etməsi illərlə vaxt aparır.

Bütün dünyada yüksək məhsuldarlığa müasir texnika və texnologiyaların, eləcə də elmin son nailiyyətlərindən istifadə edilən aqroparklarda nail olunur. Bu məqsədlə ölkəmizdə aqroparkların inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda 45 aqroparkın yaradılması nəzərdə tutulub. Bu məqsədlə dövlət tərəfindən ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyulub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib. Ümumilikdə isə ölkə üzrə 45 aqroparkın yaradılması üçün 1,1-1,5 milyard manat sərmayə yatırılacaq.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda məhsul istehsalında aqroparkların əhəmiyyətini vurğulayaraq demişdir:Bu yaxınlarda mənə aqroparkların fəaliyyəti ilə bağlı geniş məruzə edildi. Dörd aqropark fəaliyyətdədir. On dörd aqropark isə bu ilin sonuna qədər istifadəyə veriləcək. Bitkiçiliklə məşğul olan bu aqroparklarda məhsuldarlıq ən yüksək səviyyədədir - taxılçılıqda minimum 50 sentnerdir. Orta göstərici isə bu gün 30 sentnerdir”. Dövlət başçısının açıqladığı bu rəqəmlər bir daha aqroparkların ölkə üçün əhəmiyyətini təsdiq edir.

Dövlət başçısı adıçəkilən tədbirdə həmçinin vurğuladı ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Prezident bu cür yanaşmanın doğru olmadığını bildirərək qeyd etdi ki, indi dünyada müasir texnologiyalardan istifadə etməklə məhsuldarlığı bir neçə dəfə artırmaq mümkündür.

Məlumdur ki, ölkəmizin su ehtiyatları torpaq sahələrinə nisbətən məhduddur. Buna görə də biz sudan maksimum qənaətlə istifadə etməliyik. Xüsusilə indiki halda havaların isti keçməsi su mənbələrinin daha da azalmasına səbəb olur. Belə halda sudan qənaətlə istifadə etməyə geniş imkan yaradan texnikaların aqrar sektorda tətbiqinə üstünlük verilməlidir.

Dövlət bu məqsədlə xeyli vəsait ayırır. Belə ki, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il isə 10 min texnika alınıb. Göründüyü kimi, dövlətin məqsədi aqrar sektorda yüksək texnika və texnologiyaların tətbiqi ilə məhsuldarlığı artırmaqdır. Kənd təsərrüfatı məhsullarının artımı ərzaq təhlükəsizliyimizi təmin etməklə yanaşı, ixrac imkanlarımızı da genişləndirəcək. Qeyd edildiyi kimi, dünyanın inkişaf etmiş ölkələri də hazırda kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına üstünlük verir. Bizaqrar sektoru inkişaf etdirməklə üç əsas hədəfimizə çata bilərik. Birincisi ölkə əhalisinin əksər hissəsinin məşğulluğunu təmin etməkdir. Ona görə ki, aqrar sektor coğrafiyasına və əhalinin məşğulluq əmsalına görə ölkəmiz üçün ən böyük sahədir. İkincisi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Üçüncüsü isə ölkəmizin ixrac imkanının artırılmasıdır. Bu üç parametrin isə hər biri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 18 avqust.- S.1;4