M.V.Timofeyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə Mixail Valeryeviç Timofeyev “Tərəqqi” medalı ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 avqust 2018-ci il

 

Azərbaycan.- 2018.- 25 avqust.- S.2.