Yüksək milli və bəşəri idealların tərənnümçüsü

 

 

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dərin məzmunlu nitqlərinin birində demişdi: “Mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz”.

Bəli, istənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Belə seçilmiş insanlar pak əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edir, zəmanəsinin problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşırlar.

Bu reallıqlara nəzərən əminliklə demək olar ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da təmənnasızlığa söykənən fəaliyyəti ilə xalqımızın böyük sevgisini qazanmışdır.

Çoxşaxəli layihələrində Heydər Əliyev ideallarını rəhbər tutmaqla yanaşı, həm də insanlığın və bəşəriyyətin nicatına xidmət edən nəcib missiya həyata keçirmişdir. Bu məsuliyyətli missiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıq hiss olunmasına xidmət edir.

Xatırlatmaq lazımdır ki, dövlətimizin başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bu mənada cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin olunması haqlı olaraq Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyətcə yeniuğurlu mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir.

Yeni vəzifəsində cəmiyyətə ilk mesajlarını vermiş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalıdır... Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimaisiyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir”.

Ötən dövrün reallıqları Azərbaycanın birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğunu bir daha təsdiqləmiş, dövlət başçısının məlum təyinatı Azərbaycanın inkişaf perspektivləri baxımından cəmiyyətdə yüksək dəyərləndirilmişdir. Ən azı ona görə ki, Heydər Əliyev Fondunun prezidenti olaraq Mehriban xanım Əliyeva insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəmlənməsinə çalışmışdır.

UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva əzmkar fəaliyyəti ilə ilk növbədə Heydər Əliyev irsinin təbliğinə və gələcək nəsillərə çatdırılmasına, ümummilli liderin həyata keçməyən arzu və ideallarının gerçəkləşməsinə çalışmışdır. Bu baxımdan Mehriban xanım Əliyevanın bir sıra xarici səfərlərdə ulu öndərin yanında olması, onun fitri idarəçilik məktəbini yaxından əxz etməsi xüsusi vurğulanmalıdır. Heydər Əliyevin parlaq şəxsiyyətinə, xarakter cizgilərinə, ideallarına yaxından bələd olması Mehriban xanım Əliyevaya ümummilli liderin zəngin ideya-siyasi irsinin yaşadılması və təbliği kimi çətin missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verir. Bu həssas məqam onun Birinci vitse-prezident vəzifəsində də uğurlu və məqsədyönlü idarəçiliyinə təminat yaradır.

Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətində cəmiyyətin həssas sahələrinə diqqət də daim ön planda olmuşdur. Son 14 ildə həyata keçirilən müxtəlif layihələr onun sosialhumanitar sahədəki fəaliyyətinin miqyasının nə qədər geniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləri çərçivəsində məhdudlaşmadığını göstərir. Bunun nəticəsidir ki, ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl aparan Mehriban xanım Əliyeva reallaşdırdığı xeyirxah, nəcib layihələrlə ölkəmizdən kənarda da insanların dərin inam və etimadını qazanmışdır.

Azərbaycanın Birinci vitse-prezidentinin çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən, intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə, habelə mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində səmərəli layihələrin həyata keçirilməsinə, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmişdir. Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən Heydər Əliyev Fondunun irsinə yaradıcı münasibəti ulu öndərin adını daşıyan təşkilatın fəaliyyətinin uğurlarını şərtləndirən mühüm amillərdən biridir.

Məlumdur ki, ümummili lider Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət rəhbəri kimi həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən birini cəmiyyətin sosial sahəsi təşkil etmişdir. Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas istiqamətini sosial islahatlar təşkil edirbu sahədə uğurlu layihələr reallaşdırılır. Fond 14 illik fəaliyyəti ilə ölkəmizdə sosial siyasətin uğurla reallaşdırılmasına layiqli töhfələrini vermişdir. Azərbaycanın birinci xanımının bu fikrixüsusi maraq doğurur ki, müasir dövrdə xeyriyyəçilik daha geniş məna daşıyaraq cəmiyyətin rifahı naminə təmənnasız könüllü fəaliyyəti əhatə edir: “Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır”.

Əslində bu fikirlər Azərbaycanın Birinci vitse-prezidentinin dövlət idarəçiliyinə dərin fəlsəfi baxışını əks etdirir. Mehriban xanım Əliyeva vətəndaşlara diqqət və qayğı nümunələri ilə nəcib və xeyirxah əməllərin nə qədər vacib olduğunu cəmiyyətə təlqin edir. Azərbaycanın birinci xanımının yüksək mənəvi aləmindən, nəcibliyindən, insanpərvərliyindən irəli gələn bu fəaliyyət bütövlükdə cəmiyyətdə xoş ovqatın, nəcib duyğuların, xeyriyyəçilik meyillərinin güclənməsinə səbəb olur.

Ümumiyyətlə, fondun humanitarsosial yönümlü fəaliyyətində cəmiyyətin mənəvi və mədəni-intellektual yüksəlişini təmin etmək, habelə Azərbaycanın zəngin mədəni irsini - tarixi abidələrini, musiqisini, incəsənətini, ümumən isə ölkə həqiqətlərini dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırmaq məramı daim ön plandadır. Azərbaycanın Birinci vitse-prezidenti bu gün də həmin məqsədlərin həyata keçirilməsi, ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsil məsələlərinin həllini vacib sayır. Təhsil Nazirliyi sistemindəki uğurlu kadr islahatları, müəllimlərin əməyinin qiymətləndirilməsində müasir standartların tətbiqi ümumən ölkə təhsilinin keyfiyyətinin daha da yüksəlməsini təmin etmişdir.

Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəblərin tikintisi, mövcud ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi layihələr də son dərəcə təqdirəlayiqdir. Bunu nəzərə alan fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl aparmış, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə böyük əks-səda doğurmuşdur. Fondun xəttilə son 14 ildə 400-dək yeni məktəbin inşası ağır müharibə şəraitində yaşayan, iqtisadiyyatı yeni inkişaf etməyə başlayan Azərbaycan üçün olduqca böyük nailiyyətdir.

Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Fondun “Təhsilə dəstək” layihəsi də sosialyönümlü layihələr sırasında mühüm yer tutur. Layihə çərçivəsində fond hər yeni dərs ili ərəfəsində respublikanın müxtəlif məktəblərinə 15 minə yaxın çanta və dərs ləvazimatının paylanılmasını təmin edir. Aksiya, əsasən, respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedən qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə edir.

BMT-nin uşaq hüquqlarının qorunması ilə bağlı ixtisaslaşmış UNICEF təşkilatı ilə qurulmuş əlaqələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Fondun həmin təşkilatla birgə həyata keçirdiyi müştərək sosial layihələr sırasında de-institutlaşma proqramı mühüm yer tutur. Fondun təşəbbüsünü yüksək dəyərləndirən hökumət uşaqların ailələrə verilməsi - de-institutlaşma ilə bağlı dövlət proqramı hazırlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın da məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək və bunun üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də fondun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərində mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan hüquqlarının böyük müdafiəçisi statusunda çıxış edir. Son 14 ildə Heydər Əliyev Fondunun prezidenti kimi ictimaiyyətin müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməyə, Azərbaycanın hərtərəfli inkişafı və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə layiqli töhfələrini verməyə çalışmışdır. Müəyyən dövlət qurumlarında biganəliklə üzləşən, problemlərini həll edə bilməyən insanlar sonda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rəsmi müraciət etməklə nicat tapmışlar. Azərbaycanın Birinci vitse-prezidenti bu günmilyonlarla insanın ümid, pənah ünvanı, istinadgah yeridir.

Xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın işğalı nəticəsində tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstərilməsi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Mehriban xanım Əliyeva bu təbəqədən olan vətəndaşlarımızın problemlərini həssaslıqla duyurimkan daxilində maddi və mənəvi yardımlarla onlara təsəlli verməyə çalışır.

Fondun sosial sahədəki fəaliyyətinin əhəmiyyətli bir hissəsini səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasına, treninqlərin keçirilməsinə, həkimlərin mübadiləsinə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı bu yöndə həyata keçirilən fəaliyyətin ayrı-ayrı şaxələridir. Hər gün fonda ünvanlanan yüzlərlə məktubun bir çoxu insanların sağlamlıqla bağlı problemlərindən bəhs edir. Fond vətəndaşların sağlamlıqla bağlı problemlərinə diqqətlə yanaşır. Şəhid, məcburi köçkün ailələrinə, aztəminatlı ailələrin, gənclərin problemlərinə həssas münasibət göstərir, ilk növbədə bu kateqoriyadan olan insanlara köməyini əsirgəmir.

Azərbaycanın birinci xanımı hələ Milli Məclisin deputatı olarkən seçiciləri qarşısında verdiyi bütün vədləri əməli işi ilə doğrultmuş, sosial layihələrin reallaşmasına dəstək vermişdir. 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır.

Bütün bunlar Heydər Əliyev Fondunun prezidentinin dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak etdiyini bir daha təsdiqləyir. Birinci vitse-prezident vəzifəsi Mehriban xanım Əliyevaya dövlət idarəçiliyində ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini beynəlxalq miqyasda yüksək səviyyədə təmsil etmək imkanı vermişdir.

Qeyd olunanlar deməyə əsas verir ki, Heydər Əliyev Fondu Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil, sistemli, təşkilatlanmış, müasir dövrün çağırışlarına uyğun, ən əsası, qlobal miqyasda həyata keçirən təşkilatdır. Bu mənada fondun fəaliyyətini bir çoxları Almaniyanın Höte İnstitutuya Böyük Britaniyanın Britaniya Şurası ilə müqayisə edirlər. Adıçəkilən qurumlar kimi, bu fond da təkcə Azərbaycanın deyil, Şərq dünyasının mühüm simvollarından birinə, milli dəyərlərinin əsas təbliğatçısına çevrilmişdir. Digər sahələrdəki nailiyyətləri ilə yanaşı, dünyada mədəniyyət diplomatiyasının mükəmməl örnəyini də yaratmışdır.

Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun başlıca məramlarından biri ulu öndərin mənəvi irsinin, milli və bəşəri ideyalarının öyrənilməsi və təbliğidir. Bir çox tədqiqatçılar bu məqsədi fondun mədəniyyət diplomatiyası sahəsindəki novatorluğu kimi qiymətləndirirlər: fond xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən fenomen şəxsiyyəti təbliğ etməklə, əslində, bütünlükdə Azərbaycan xalqının ali dəyərlərini təbliğ edir. Heydər Əliyev şəxsiyyətini təbliğ etmək eyni dərəcədə Azərbaycan mədəniyyətini təbliğ etmək, onu dünyada tanıtdırmaq və beləliklə, xalqın öz liderinə olan rəğbət və ehtiramından ölkənin dünya birliyinə inteqrasiyasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəhrələnmək deməkdir.

Dünyanın əksər nüfuzlu mətbu orqanlarında fondun reallaşdırdığı layihələrlə bağlı tez-tez dərc olunanböyük əks-səda doğuran materiallar Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq aləmdə də necə diqqətlə izləndiyini və rəğbətlə qarşılandığını göstərir. Fondun xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində yaxından iştirakı bu baxımdan daha çox maraq doğurur. Fond Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayının, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin Şəhər Sarayının, Romada Müqəddəs PiotroMarçellinio sərdabasının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpasında yaxından iştirak etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə dəstək vermişdir.

Antik yunan filosofu Heraklit yazırdı ki, hər bir insanın xarakteri onun taleyini müəyyənləşdirir. Xarakter insanın mənəvi keyfiyyətini, fərqli cəhətlərini, obyektiv həqiqətə münasibətini ifadə edir. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva üzərinə götürdüyü missiya ilə həyat kredosunu yüksək mənəvi keyfiyyətlər üzərində qurduğunu, bəşəriyyətin nicatına çalışan böyük şəxsiyyətlərlə bir sırada addımladığını nümayiş etdirir.

Mönsüm ALIŞOV,

İdrakliseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor

 

Azərbaycan.- 2018.- 26 avqust.- S.1;11.