“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanını “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli Qanununa  uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12, maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926, 955; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 135 nömrəli, 25 iyun tarixli 144 nömrəli, 6 iyul tarixli 179 nömrəli, 10 iyul tarixli 191 nömrəli, 16 iyul tarixli 208 nömrəli  fərmanları) 5.57-ci bəndinə “Fövqəladə Hallar Nazirliyi” sözlərindən sonra “, icbari tibbi sığortaya münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 avqust 2018-ci il

 

Azərbaycan.- 2018.- 31 avqust.- S.5.