Dodaqlarda ağıya çevrilən şikəstə

 

Gülablıdan dünyaya yayılan səda - "Nənə qızlar

 

Könlüm keçir Qarabağdan.

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi...

 

Düz iyirmi beş ildir ki, bir ağbirçək, bir el anası ağı deyir. Yurdundan ayrı düşmüş elinə, başdaşına göz yaşından cığır düşmüş şəhidlərinə, gözü yolda qalan əsir övladlarına, səsləri hələ də qulaqlarda cingildəyən süngülənmiş körpələrinə bayatı çəkir, layla çalır...

1992-ci ilin bir məşum günü al qırmızı örtüyə bürünmüş üç şəhidi, arzu-kamı gözlərində qalmış üç igidi qara torpağa tapşırmağın acısı dodağındakı zümzüməyə birdəfəlik son qoyur...

Bir zamanlar mahnıya, təsnifə köklənmiş məlahətli səsi ilə ürəkləri sevindirən bu ana "Mən ağlamayım, bəs kim ağlasın?! - deyə ərşə dirənən fəryadı ilə ürəkləri dağlayır...

Və elə həmin o məşum gündən təkcə Ağdamın Gülablı kəndinin sakinləri deyil, bütün Azərbaycan Xavər Nuriyevanın şən, şaqraq səsinə həsrət qalır...

Məşhur "Nənə qızlar ansamblının solisti Xavər Nuriyevadan danışırıq...

 

Elə bir avazla oxuyurdu ki...

 

1938-ci ildə füsunkar bir diyar, Ağdam rayonunun Gülablı kəndində anadan olan Xavər Nuriyevanın uşaqlığı Böyük Vətən müharibəsi illərinə düşür. Qardaşı bu müharibədə həlak olur, atası isə dərddən vaxtsız köçür bu dünyadan. Anası bir bacısı ilə yalnız qalan balaca qızcığazın həyatı çətinliklərlə keçsə , yeddi yaşında Abdal kənd məktəbinə gedir hələ o zamanlardan öz istedadı ilə digər şagirdlərdən fərqlənir. Məktəbdə hazırlanan kiçik tamaşalarda, konsertlərdə həvəslə iştirak edir.

Müəllimi Sərvaz Nəbiyevin tarda müşayiəti ilə "Sona bülbüllər, "Yar gəldi, yar gəldi, "Kəndimiz kimi mahnıları gözəl ifa edirdi, amma "Qarabağ şikəstəsini elə bir yanıqlı avazla oxuyurdu ki, dağ-daş dilə gəlirdi...

Balaca Xavər yüzdən artıq mahnını Gülablının səfalı bulaqlarında, yaşıl çəmənlərində, uca dağlarının zirvəsində oxuyur, səsi şəlalələr kimi çağlayırdı...

 

Dəfələrlə təltif olunur

 

Xavər Nuriyevanın ecazkar səsini ilk dəfə on iki yaşı olanda Ağdam Şəhər Mədəniyyət Evinin müdiri Manaf Quliyev kəşf edir. Elə həmin vaxtdan o, Ağdam şəhərində keçirilən bütün mədəniyyət tədbirlərinin əsas iştirakçılarından birinə çevrilir. Ağdam Mədəniyyət Evi Xalq çalğı alətləri ansamblının kollektivi ilə respublika miqyasında keçirilən məhsul bayramlarında fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunur. 1955-ci ildə Bakıda keçirilən Ümumdünya Mahnı Festivalında birinci yerə çıxırlar. 1957-cı ildə II Ümundünya Gənclər Festivalı keçirilir. Həmin festivalda uğurlu çıxışına görə ikinci dərəcəli diplom medala layiq görülür.

İllər ötür, 1958-ci ildə Xavər xanım Məhi adlı həmkəndlisi ilə ailə həyatı qurur, gəlin köçür, üç oğul, bir qız anası olur.

 

"Nənə qızların sədası sərhədləri aşır

 

1983-cü ildə Gülablı kənd Mədəniyyət evinin müdiri ustad Aşıq Xaspolad Mirzəliyevə rayondan tapşırıq gəlir ki, bütün mədəniyyət evlərinin nəzdində folklor ansamblları təşkil olunsun. Xaspolad kişi bu işi Xavər Nuriyevaya həvalə edir o kənddə səsi, istedadı, qabiliyyəti olan on yeddi qızı başına yığıb məşhur "Nənə qızlar folklor ansamblını yaradır. Uzun illər səhnədə, xalqımızın keçmişini, məişətini, adət-ənənəsini öz ifalarında yaşadan paytaxt Bakıda, respublikada digər ölkələrdə elə bir tədbir yox idi ki, "Nənə qızlar ansamblı orada iştirak etməsin. Xavər Nuriyeva "Nənə qızlar ansamblını elə yaratmışdı ki, onların hər çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanırdı. Belə çıxışların ardı-arası kəsilmirdi. Ağdamda Natəvan qızlar bayramı, Xarı bülbül festivalı, Bahar bayramı digər dövlət səviyyəli tədbirlərdə xüsusi çıxışları olan ansamblın fəaliyyəti Azərbaycan televiziyası ilə dəfələrlə nümayiş etdirilmişdi.

Ansamblın qızları yetkinlik yaşına çatdıqca bir-bir ailə qurub gedir, "Xavər nənə gedənləri yeniləri ilə əvəz edirdi. "Nənə qızlar folklor ansamblı istedadını təkcə Azərbaycanda deyil, bütün keçmiş Sovet İttifaqında nümayiş etdirirdi.

 

Zeynəb Xanlarova, Sara Qədimova, Xavər Nuriyeva...

 

1987-ci ildə ansambl Moskvada M.Qorki adına Mədəniyyət Evində keçirilən "Qarabağ toyu adlı kompozisiyaya dəvət alır. Ona bu toyda ana rolunu ifa etmək tapşırılır. Belə ki, o, P.Bülbüloğlu, M.Maqomayev, Z.Xanlarova kimi müğənnilərlə birgə konsertdə "Qarabağ şikəstəsi ilə çıxış edir. Festifalda "Qarabağ şikəstəsini müvəffəqiyyətlə ifa edən "Nənə qızlar ansamblının "nənəsi Xavər Nuriyeva xüsusi medalla təltif olunur.

Daha sonra o, Moskvada keçirilən "Azərbaycan günləri festivalında iştirak edir. Bu festivalda "nənə ilə birgə 17 qızın hər biri ayrı-ayrılıqda II dərəcəli mükafata layiq görülür. Bu möhtəşəm festivaldan bir ay sonra Respublika sarayında

Xavər Nuriyeva "Nənə qızlar ansamblı ilə birlikdə respublikanın tanınmış müğənniləri Zeynəb Xanlarova, Sara Qədimova, Əlibaba Məmmədov, Canəli Əkbərov başqa tanınmış müğənnilərlə bir yerdə çıxış edir...

 

Ürəyi sığmır buralara...

 

mahnılı-musiqili, çal-çağırlı, xoşbəxtlik dolu günlərin ömrü 1993-cü ilə qədər davam edir... Qarabağın qara günləri başlanır... Ağdamın Gülablı kəndi 1992-ci il sentyabrın 4-də erməni işğalçıları tərəfindən zəbt olunur...

Doğma kənd işğal olunandan sonra ansamblın qızlarının hərəsi bir tərəfə dağılır... "Nənə qızların "nənəsi isə Bakı şəhərinə, Mədəni-Maarif Texnikumunun yataqxanasına sığınmalı olur, amma ürəyi heç zaman sığmır buralara...

Doğma-el obasından, yurdundan ayrılıq həsrəti yaman sarsıdır onu...

50 ildən artıq mədəniyyətimizin inkişafına xidmət göstərən, yeddi dəfə müxtəlif fəxri fərmanlarla təltif olunan Xavər Nuriyevanın sinəsi o illərin şirin xatirələri ilə aşıb-daşır elə bəlkə bu xatirələrdir onu bir az da olsa ovudan...

"Dərdim vətən həsrətidir, dərmanı isə o yerlərə qovuşmaq, gül ətirli Gülablı suyu içib, dağlara qalxmaq, dərindən nəfəs almaqdır. İnanın, mən o yerlərdən ayrı düşəndən doyunca nəfəs ala bilmirəm. O yerlərin daşına da, koluna da qurbanam. Gülablı kəndində əsən behişt küləyi mənim nəfəsim idi, - deyir Xavər nənə.

Amma bir sual var ki, heç zaman ona cavab vermir... Soruşanda ki vaxtsa Gülablı kəndinə qayıdandan sonra yenə "Nənə qızlar ansamblına "nənəlik edərsinizmi? Gözləri bir nöqtəyə zillənir heç bir şey demir, sadəcə susur...

Bəlkə ürəyində deyə cavab verir, yaxud da...

Elə bu susqunluğunun altında o qədər bəlkələr yatır ki...

 

bilmək olar...

 

Daha Gülablının "Nənə qızları yoxdur...

Bir zamanlar Qarabağ adlı cənnət diyarın Abdal-Gülablı yurdunun dağlar qoynunda "Nənə qızlar folklor ansamblı vardı. O ansamblın deyib-gülən, çox şən, qıvraq bir nənəsi var idi. Şikəstəsinin səsi dağlarda əks-səda verir, bulaq kimi qaynayır, duyanları valeh edirdi...

Bu gün isə "Nənə qızlar, onun dodağı zümzüməli Xavər Nuriyevası var...

Bu gün ürəyi vətən dağlı, dilində şəhid övladların ağısı, qətl edilən körpələrə layla deyən bir ağbirçək nənə var...

 

Ceyran, cüyür mələr orda,

Elim düşüb yaman dərdə,

Qayıdaram bir yurda,

Görən, o yurd yerindəmi?

 

Almara NƏBİYEVA,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2018.-2 dekabr.- S.4.