Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkmilləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Əliyeva Mədinə Talış qızı

Həsənova Sənübər Abdulqafar qızı

Quliyev Oruc İslam oğlu

Musayeva Xalidə Məmmədəli qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.-5 dekabr.- S.3.