F.S.Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayev "Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 6 dekabr.- S.2.