Bakutel 2018”: “Ölkəmiz İKT sahəsində də nümunə göstərir”

 

Prezident İlham Əliyev: "Bu gün Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

 

Artıq üçüncü gündür ki, Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar "Bakutel 2018” sərgisi keçirilir. Sərgidə təqdim edilən innovasiyaların, yeni texnologiya və ideyaların mahiyyətini bircə cümlə ilə belə ifadə etmək olar: Azərbaycan İKT sahəsində yeniliklərə açıq olmaqla yanaşı, dünya innovativ texnologiyalar sisteminə yeniliklər gətirməyə qadir olan gənc mütəxəssislər nəslinin yetişdirilməsinə start vermişdir.

Yüksək texnologiyaların son nailiyyətlərini ziyarətçilərə təqdim edən "Bakutel 2018” sərgisinin sənaye mütəxəssislərinin ənənəvi görüş yerinə və regionun ən böyük İKT tədbirinə çevrilməsi qürur doğurur. "Bakutel 2018” sərgisinin platformasında biznes strukturlarının rəhbərləri, peşəkarlar qlobal məsələlərin həllində, perspektiv layihələrin müzakirəsində ən çətin, mürəkkəb məsələlərin asan, amma intellektual tutumlu həllini ortaya qoyur, optimal qərarlar qəbul edirlər.

20 dövləti təmsil edən 230 şirkət sərgidə İKT sahəsinin ən son nailiyyətlərini, innovasiyaları nümayiş etdirməklə beynəlxalq əməkdaşlığın üfüqlərini genişləndirir.

"Bakutel 2018” sərgisində 10 ölkə - İtaliya, İran, BƏƏ, Belarus Respublikası, ABŞ, Sloveniya, Türkiyə, Fransa, XorvatiyaPolşa milli stendlərlə çıxış edir. Diqqəti çəkən odur ki, sərgidə iştirak edən şirkətlərin yarıdan çoxu yerli şirkətlərdir.

Azərbaycan Prezidentinin Bakı Ekspo Mərkəzini ailəsi ilə birlikdə ziyarət etməsi dövlətin bu tədbirə ayırdığı xüsusi diqqətin təzahürüdür. XXIV Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar "Bakutel-2018” sərgi və konfransının iştirakçılarına ünvanladığı məktubda Prezident İlham Əliyev sərgiyə necə önəm verildiyini diqqətə çatdırıb: "Bu gün Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir”. Dövlət başçısı "Şəbəkə” xidmət mərkəzlərinin sayının davamlı artmasını, məlumatların vahid mərkəzdə təhlükəsiz saxlanması üçün beynəlxalq səviyyədə təhlükəsizlik standartlarına cavab verən Data Mərkəzinin qurulmasını qeyd edib. Məktubda informasiya-kommunikasiya texnologiyalarına marağın artırılması və gənclərin innovativ ideyalarına dəstək məqsədilə paytaxtda, həmçinin bölgələrdə "İdeyadan Biznesə” startap turlarının və müxtəlif yarışların təşkilinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasının ölkəmizdə yüksək texnologiyaların inkişafına təkan verəcəyi vurğulanmışdır.

"ITU” İttifaqının Baş katibi Haulin Çjaonun da sərgi iştirakçılarına ünvanladığı məktubda "ITU” İttifaqı tərəfindən reallaşdırılan çoxsaylı layihələrdə Azərbaycanın artan rolunun beynəlxalq miqyasda aydın göründüyü bildirilmişdir. "Bakutel” sərgisinin fəxri qonaqları arasında Rusiya, Əfqanıstan, Belarus, Bolqarıstan, İran, Qazaxıstan, Qırğızıstan, Latviya, Türkmənistan, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən nazirlər və ali qonaqların yer alması bu vacib tədbirin yalnız Azərbaycan yox, həm də bütün dünya üçün xüsusi əhəmiyyət kəsb etdiyini qabardan amillərdəndir.

Sərgidə rəqəmsallaşdırma, "Big Data”, M2M”, əşyaların interneti, bank texnologiyaları, "4-5G” mobil texnologiyalar, optik lif və "bulud” texnologiyaları sahəsində xidmətlər, kibercinayətkarlığın qarşısını almağın ən son üsulları, dövlət xidmətləri, elektron səhiyyə, süni intellekt, mobil cihaz və ləvazimatlar, "Ağıllı şəhər”, pilotsuz uçuş aparatlarını idarəetmə sistemləri və bir sıra digər sahələr üzrə həll variantları təqdim edilir.

Sərginin ən maraqlı məqamlarından biri də Azərbaycanda yeni nəslin - məktəblilərin burada geniş təmsil olunmasıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Robopark” layihəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məktəblilərin intellektual elmi-texniki yaradıcılığının inkişafı, yüksək texnologiyalara marağının artırılması, robot texnikasının əsasları ilə bağlı məlumatlara yiyələnməsinə yaradılan geniş imkanlar gələcəkdə mütləq bəhərini verəcək, yeni texnologiyalar sahəsində püxtələşən gənc nəslin formalaşmasında əvəzsiz rol oynayacaq. Belə ki, layihə çərçivəsində nazirlik Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə 23 nömrəli orta məktəbdə ilk "Roboparkrobot texnika laboratoriyası yaradıb.

Bu ilin aprelindən Heydər Əliyev Fondunun "Regional İnkişafİctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Microsoft” və "Azercell” şirkətlərinin dəstəyi ilə nazirlik tərəfindən "İdeyadan Biznesə” layihəsinin icrasına başlanılıb. Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.

Sərginin özəlliklərindən biriodur ki, yerli şirkətlər əvvəlki illərə nisbətən daha geniş təmsil olunur. "Bakı Telefon Rabitəsi” MMC - "Baktelecom” və "Aztelekom” sərgidə birgə stendlə sıxış edir. Birinci regional Data Mərkəzi "Microsoft” şirkəti ilə birlikdə müştərilərə ən əlverişli şərtlərlə virtual mühit üçün lisenziyalaşdırılmış əməliyyat sistemi təqdim edir.

Müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən "Made in Azerbaijan” brendinə uyğun olaraq yerli mütəxəssislər tərəfindən "AzDoc” adlı proqram hazırlanıb. "Elektron imzaElektron sənəd haqqında” qanuna və kargüzarlıq təlimatlarına uyğun olan proqram hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Bu yeniliklərin üstün tərəfi ondan ibarətdir ki, əvvəllər idarə və təşkilatların fəaliyyətini təmin edən proqramların böyük əksəriyyəti xaricdən alınırdı. Azərbaycanlı proqramçılar bu sərgidə ən çətin məsələlərin həllində heçxarici həmkarlarından geri qalmadıqlarını nümayiş etdirə bildilər.

Dövlət Radiotezliklər İdarəsi bu il "Bakutel-2018” çərçivəsində ən yeni informasiya-kommunikasiya texnologiyalarının ölkədə tətbiqinə şərait yaradılması üçün müasir radiomonitorinq, mobil rabitə xidmətlərinin müqayisəli analizi və digər bu kimi sistem və texnologiyalarını nümayiş etdirir.

Sərgidə "Azərpoçt” MMC tərəfindən tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsinin prototipi də təqdim olunur. Artıq iki ildir innovativtexnoloji yeniliklərlə təchiz olunan "Şəbəkə” xidmət mərkəzləri yaradılıb. Azərbaycanın "Nafantano” şirkəti sərgidə xidmət və məhsullarını geniş təqdim edir. Onlayn satış həyata keçirən və qeyri-adi oyuncaq heyvanlar istehsal edən bu şirkət ziyarətçilər üçün maraqlı idi. KiçikOrta Biznesin İnkişafı Agentliyi sərgidə kiçikorta sahibkarların hüquqlarının qorunması ilə bağlı müraciətlərə onlayn baxılması sistemini nümayiş etdirir.

Diqqəti çəkən ən vacib məqamlardan biri "Bakutel” sərgisinin məktəblilərdən sonra gənc layihəçilərə öz ixtira və proqramları haqqında məlumat vermək üçün geniş imkan yaratmasıdır. Sərgidə müxtəlif innovasiya mərkəzlərini təmsil edən rekord sayda - 50-dən artıq startap təmsil olunub. Gənc ixtiraçılar və proqramçılar turizm, ekologiya, səhiyyə və maliyyə sektorları üçün parlaq innovativ ideyalarını təqdim edirlər. Məhsulların əsas hissəsi virtual və artırılmış reallıq texnologiyaları, veb-saytmobil tətbiqlərlə bağlıdır. Bu isə artıq ölkəmizdə müasir innovativ texnologiyalara yaradıcılıqlarını həsr edən yeni ixtiraçılar və proqramçılar nəslinin yetişməyə başladığını təsdiqləyir. "Bakutel-2018” bir daha sübut edir ki, Azərbaycan İKT sahəsində yeni bilik və ideyaları ortaya qoyan müasir dövlətə çevrilir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 6 dekabr.- S.1; 6.