Rusiya KİV: “Putin məhz Əliyevin əhatəsində oturduonunla səmimi söhbətlər, zarafatlar etdi

 

Xarici media Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərinin yüksək səviyyəsini xüsusi vurğulayır, fotolar paylaşır

 

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşübu silsilədə keçirilən tədbirlər Rusiya, eləcə də birliyin digər ölkələrinin KİV-in geniş diqqət mərkəzindədir.

MDB liderlərinin qeyri-rəsmi naharından sonra onların Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə baxmalarının fotoları isə daha çox müzakirə edilib.

Rusiya Prezidentinin rəsmi internet səhifəsi olan "kremlin.ru” saytında da qeyd olunur ki, V.Putin balet artistləri ilə görüşə məhz İlham Əliyevlə birgə gedib. Sayt bu görüşün xeyli fotosunu yayıb.

"Sm-news.ru” portalı isə "Putin Əliyevlə Lukaşenkonun əhatəsində oturdu” məqaləsində Rusiya Prezidentinin tamaşa zamanı məhz İlham Əliyevlə yanaşı oturmasını və prezidentlərin çox səmimi ovqatda söhbətləşdiklərini, zarafatlaşdıqlarını xüsusi qeyd edir.

Digər KİV və saytlar da müvafiq xəbərləri paylaşır və zalda liderlərin əyləşmə sırasını Putinin xüsusi münasibəti kimi dəyərləndirirlər. Ermənistanın baş naziri N.Paşinyanın liderlərin sırasında ən küncdə əyləşdirilməsinə də diqqət ayıran media bunu Putinin mesajı kimi qiymətləndirib.

Bu mövzuda yazıları Belarus, Qazaxıstan, Moldova və digər MDB ölkələrinin KİV-i geniş yayıb.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 8 dekabr.- S. 1; 3.