AXC-nin 100 illiyinə həsr edilmiş sərgi-tədbir

 

Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və respublika Rəssamlar İttifaqının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sərgi keçirilib.

YAP Yasamal rayon təşkilatının binasında keçirilən bu tədbirdə müxtəlif yaş qrupundan olan rəssamlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgidə təsviri sənətin bütün növləri üzrə 100-dən çox rəssamın 150-dən çox əl işi nümayiş etdirilib.

Maraqla qarşılanan sərgidə fərqlənən rəssam-müəlliflər diplomlarla təltif olunublar.

 

Azərbaycan.- 2018.- 8 dekabr.- S. 5.