Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1347-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Fitosanitar nəzarəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1347-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Fitosanitar nəzarəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Fitosanitar nəzarəti haqqındaAzərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq, müvafiq pozuntulara görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Fitosanitar nəzarəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Fitosanitar nəzarəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Fitosanitar nəzarəti haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 667; 2007, ¹ 6, maddə 613; 2010, ¹ 3, maddə 186, ¹ 5, maddə 402; 2014, ¹ 11, maddə 1393; 2015, ¹ 2, maddə 133; 2016, ¹ 6, maddə 1041, ¹ 12, maddə 2094; 2018, ¹ 4, maddə 673) 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Fitosanitar nəzarəti haqqındaAzərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinin birinci (hər üç halda) ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 4.0.1-ci, 6.2-ci, 13.1-ci, 16.1-ci (ikinci halda), 16.2-ci, 16.4-cü, 19.2-ci (ikinci halda), 19.3-cü, 20.2-ci, 22.1-ci, 22.2-ci, 24.1-ci, 24.2-ci, 29.6-cı, 31.2-ci, 34.3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin qanunun 1.0.12-ci (fitosanitar sertifikatının nümunəvi formasının təsdiqi hissəsində), 7.1.6-cı, 28.1.2-ci, 28.1.3-cü, 28.1.8-ci, 28.1.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin qanunun 23.3-cü, 25.1-ci, 25.2-ci 33.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

2.4. həmin qanunun 7.2-ci, 12.1.1-ci, 12.1.4-cü, 12.1.5-ci, 13.2-ci (hər iki halda), 13.5-ci, 13.6-cı maddələrində, 13.8-ci maddəsinin birinci cümləsində, 14.3-cü, 15.2-ci, 16.1-ci (birinci halda), 17.1.1-ci, 17.2-ci, 17.3-cü, 18.1-ci, 19.1-ci, 19.2-ci (birinci halda), 20.3-cü, 20.4-cü, 20.6-cı, 21.1-ci, 24.3-cü, 27.1.1-ci, 27.1.2-ci, 27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci (hər iki halda), 28.3-cü, 29.7-ci, 30.5-ci, 32.1-ci, 32.3-cü 34.2.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;

2.5. həmin qanunun 34.5-ci maddəsində "qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqandedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

2.6. həmin qanunun 34.5-ci maddəsinin ikinci cümləsində "orqandedikdə vəsaitlərin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.7. həmin qanunun 34.5-ci maddəsinin birinci cümləsində "orqanın işçiləridedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçiləri nəzərdə tutulurlar;

2.8. həmin qanunun 34.5-ci maddəsinin birinci cümləsində (üçüncü halda) "orqandedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 14 dekabr.- S.4.