Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqındaAzərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə 646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883, ¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab), maddələr 1435, 1437, 1438) aşağıdakı dəyişikliklər edilsin:

1. 41-ci maddəyə "189.4,” rəqəmlərindən sonra "212.3,” rəqəmləri əlavə edilsin.

2. 212-ci maddə üzrə:

2.1. 212.1-ci maddədə " tütün məmulatısözləri "məmulatlarının istifadəsinin məhdudlaşdırılmasısözləri ilə, "siqaretsözü "tütünsözü ilə əvəz edilsin;

2.2. 212.2-ci maddədə hər iki halda "siqaretsözü "tütünsözü ilə, "yerlərin ayrılmasınınsözləri "ayrılmış yerlərin sanitar-gigiyenik normalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizininsözləri ilə əvəz edilsin həmin maddədən "xəbərdarlıqsözü çıxarılsın;

2.3. aşağıdakı məzmunda 212.3-cü, 212.4-cü 212.5-ci maddələr əlavə edilsin:

"212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi -

yüz manat məbləğində cərimə edilir.

212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə -

əlli manat məbləğində cərimə edilir.

212.5. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqındaAzərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə -

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.”.

3. 299-cu maddənin adında dispozisiyasında "müəyyən edilməmiş yerlərdə siqaretsözləri "tütünsözü ilə əvəz edilsin.

4. 305 318-ci maddələrin adında dispozisiyasında, 306.4-cü maddədə "siqaretsözü "tütünsözü ilə əvəz edilsin.

5. 322.0.4-cü maddədə "siqaretsözü ", sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində taksi minik avtomobilində tütünsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 14 dekabr.- S.5.