Aqrar islahatların intellektual mərhələsi

 

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə keçirilən "AgTech and Green Energymövzusunda beynəlxalq forum iki gün davam etdi.

Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startaptexnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak etmişlər.

Müasir dünyada ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təchizatı aqrar sektoru qlobal miqyasda ən mütərəqqi texnologiyaların və innovasiyaların tətbiqinə sövq edir. Azərbaycan islahatların önündə gedən ölkə kimi qeyri-neft sektorunun inkişafında, xüsusən də aqrar sektorda son texnologiyaların tətbiqində ciddi təşəbbüslər nümayiş etdirir. Aparılan islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası belə qənaətə gəlməyə imkan verir ki, aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu istiqamətdə artıq logistika sistemi qurulmuş, müasir soyuducular, emal müəssisələri istifadəyə verilmiş, böyük su ehtiyatları yaradılmış, yüz min hektarlarla torpaqlar dövriyyəyə qatılmış, aqroparklar fəaliyyətə başlamışdır. Gərgin əmək sayəsində ümumi daxili məhsulda və ixracda kənd təsərrüfatının payı artmışdır.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İ.Kərimov aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlarının mövcud resurslardan səmərəli istifadədən, məhsuldarlığın artırılmasından, ətraf mühitin qorunmasının təmin edilməsindən ibarət olduğunu diqqətə çatdırmışdır.

Bu gün aqrar sektorun müasir idarəetmə sistemində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqinin fəaliyyət modeli kimi əsas götürüldüyünü deyən İ.Kərimov forumun fermerlərə innovativ yeniliklərin geniş spektri ilə tanış olmaq imkanı verdiyini qeyd etmişdir.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli forumda ölkəsinin kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulamış, başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən adamlarının daxil olduğunu, əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini demişdir.

Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov isə forumda aqrar siyasətin başlıca vəzifəsinin effektivlik meyarları ilə ekoloji tələblərin səmərəli uzlaşdırılmasından ibarət olduğunu diqqətə çatdırmışdır. "Ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemlikompleks tədbirlər görülür, strateji məqsədlər, prinsiplər və hədəflər müəyyən olunur, aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib” deyən A.Əmiraslanov qeyd etmişdir ki, Prezident İlham Əliyevin əsas tapşırıqlarından biri aqrar sahədə yeni texnologiyaları, elektron kənd təsərrüfatı sistemini tətbiq etməkdən, Yer səthinin müşahidə peykinin imkanlarından həm ekoloji siyasətin, həm də aqrar siyasətin məqsədləri üçün geniş istifadə edilməsindən ibarətdir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də forumdakı çıxışında bərpa olunan enerji mənbələrinin potensialının böyük olduğunu, yaxın illərdə külək, günəş və bioenerji üzrə yeni enerji güclərinin istifadəyə verilməsinin planlaşdırıldığını, beynəlxalq ekspertlərin dəstəyi ilə "Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlandığını bildirmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası və şəbəkənin gücləndirilməsi layihəsinə başlanıldığını nəzərə çatdıran nazir eyni zamanda Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ixtisaslaşmış bir sıra şirkətlərlə məsləhətləşmələr aparıldığını, Asiya İnkişaf Bankının dəstəyi ilə Böyükşor gölündə "Üzən Günəş Panelipilot layihəsi həyata keçirildiyini xatırlatmışdır.

15-ə yaxın ölkədən 40-dək xarici mütəxəssisi bir araya toplayan forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukraynabir çox ölkələrdən olan sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələri iştirak etmişlər. Onların iştirakı ilə "Energetikaaqrar texnologiyaların gələcəyi”, "Aqrar və yaşıl enerji üçün texnologiyalar”, "Aqrarenergetika texnologiyaları üzrə akademiya”, "Siyasətin təsiri”, "Yeni innovativ ekosistemlər”, "Fermerlər üçün seksiya” və bir sıra başqa mövzular üzrə seminar da keçirilmişdir.

Prezident İlham Əliyevin iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da beynəlxalq təcrübəyə uyğun apardığı islahatların fonunda Bakıda aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energymövzusunda beynəlxalq forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu forum aqrarenergetika sahələrinin perspektiv əlaqələri, yeni texnologiyaların və yaşıl enerjinin tətbiqi sahəsində qabaqcıl təcrübəyə və dünyada müşahidə olunan trendlərə nəzər salmağa imkan verir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 19 dekabr.- S.6.