“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 584; 2003, ¹ 6, maddə 267; 2004, ¹ 12, maddə 979; 2005, ¹ 5, maddə 393, ¹ 12, maddə 1083; 2006, ¹ 2, maddə 67, ¹ 3, maddə 225, ¹ 12, maddə 1012; 2007, ¹ 12, maddə 1202; 2008, ¹ 12, maddə 1049; 2009, ¹ 7, maddə 505; 2012, ¹ 6, maddə 528; 2014, ¹ 8, maddə 958; 2016, ¹ 11, maddə 1777; 2017, ¹ 1, maddələr 18, 32; 2018, ¹ 8, maddə 1671) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:

1.1.1. 1.1.13-cü maddəyə "təşkilatlarınasözündən sonra "verildiyi büdcə ili ərzindəsözləri əlavə edilsin;

1.1.2. 1.1.32-ci maddə aşağıdakı redaksiyada verilsin:

"1.1.32. icmal büdcənin neft gəlirləri - Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, Azərbaycan Respublikasının ərazisində xam neftin təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi;”;

1.1.3. aşağıdakı məzmunda 1.1.32-1-ci - 1.1.32-3-cü maddələr əlavə edilsin:

"1.1.32-1. icmal büdcənin qeyri-neft gəlirləri - icmal büdcənin ümumi gəlirlərindən icmal büdcənin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ;

1.1.32-2. dövlət büdcəsinin neft gəlirləri - Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, Azərbaycan Respublikasının ərazisində xam neftin təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi;

1.1.32-3. dövlət büdcəsinin qeyri-neft gəlirləri - dövlət büdcəsinin ümumi gəlirlərindən dövlət büdcəsinin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ;”;

1.1.4. 1.1.33-cü maddəyə "30 faizi iləsözlərindən sonra "icmal büdcəninsözləri əlavə edilsin;

1.1.5. 1.1.34-cü maddəyə "təsdiq olunansözlərindən sonra "icmal büdcəninsözləri əlavə edilsin;

1.2. 11-ci maddə üzrə:

1.2.1. 11.9.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 11.9.6-cı maddə əlavə edilsin:

"11.9.6. hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar.”;

1.2.2. 11.15-ci maddədə "həddi sözləri "həddi Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt azadolmalar dasözləri ilə əvəz edilsin;

1.2.3. 11-1.2.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"11-1.2.1. dövlət büdcəsinin qeyri-neft gəlirləri;”;

1.3. 16.1.2-ci maddə ləğv edilsin;

1.4. 18.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddə ilə müəyyən edilmiş hesabatlara müvafiq dövr üzrə hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər, artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri vergi borcları barədə məlumatları əlavə edir.”;

1.5. 19-cu maddə üzrə:

1.5.1. 19.2-ci maddənin birinci abzasında "dövlət büdcəsininsözlərindən əvvəl vergül işarəsi əlavə edilsin, "dövlət zəmanəti ilə alınmış borclar üzrə əməliyyatlarsözləri "dövlət borcalmaları üzrə əməliyyatlar (Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin həmin maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanması hesabına təmin edilir.”;

1.5.2. 19.2-ci maddənin üçüncü abzasının birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunur ( ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün Dövlət borcu zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür.”;

1.5.3. 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. Vahid xəzinə hesabının sərbəst qalığı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə ( ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, qalan vəsaitin dövlət büdcəsinin neft gəlirlərinin cari büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulan məbləğindən artıq daxil olan hissəsindən çox olmayan məbləği Dövlət borcu zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür. Vahid xəzinə hesabının sərbəst qalığının yerdə qalan hissəsi bu qanunun 19.2-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş qaydada idarə edilir. Bu maddədə nəzərdə tutulan əməliyyatlar aparıldıqdan sonra vahid xəzinə hesabının sərbəst qalığının qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.”;

1.6. 20.2-ci maddəyə aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icrası təmin olunan gəlirlər üzrə bu qanunun 18.3-cü maddəsinin ikinci cümləsində göstərilən məlumatlar da hesabata əlavə edilir.”;

1.7. 25-ci maddə üzrə:

1.7.1. 25.3-cü maddədə "Büdcəsözü "Bu qanunun 25.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, büdcəsözləri ilə əvəz edilsin;

1.7.2. aşağıdakı məzmunda 25.3-1-ci maddə əlavə edilsin:

"25.3-1. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin faizin qaytarılması üzrə xərclər cari büdcə ilində həyata keçirilən yeni dövlət borcalması ( ya) Dövlət borcu zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ödənildikdə bu xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir.”;

1.7.3. 25.5-ci maddənin birinci cümləsinə "borclarının ikinci cümləsinə "borcununsözlərindən sonra ", habelə il ərzində veriləcək dövlət zəmanətininsözləri əlavə edilsin.

Maddə 2. Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 22 dekabr.- S. 9.