Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm.

Əsrlər boyu dilimizindinimizin, dəyərlərimizin, ənənələrimizin və mədəniyyətlərimizin ümumiliyi sayəsində birləşən xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı töhfənizi yüksək qiymətləndirirəm.

Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son illərdə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığa, etimada və hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir.

Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq.

Hörmətli İlham Heydər oğlu, icazə verin bu fərəhli gündə Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, habelə ölkənizin firavanlığının və inkişafının təmin edilməsinə yönəlmiş fədakar və genişmiqyaslı fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı bildirim.

Hörmətlə,

 

Şavkat Mirziyoyev

Özbəkistan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 22 dekabr.- S.3.