Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Beynəlxalq TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü humanist və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası durmadan inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası ilə 25 yaşına çatan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY arasında qarşılıqlı mədəni əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömürali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Ən dərin hörmət və ehtiramla,

 

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi

 

Azərbaycan.- 2018.- 23 dekabr.- S.2.