Dünya Azərbaycanlılarının Həmrəylik Günü Berlində qeyd olunub

 

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış Son iclas bədii-sənədli filmi nümayiş etdirilib

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlində Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni ildə planlar və perspektivlər adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev tədbirdə çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. Y.Musayev rəhbərlik etdiyi Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəliyə çağırıb.

Bakı Media Mərkəzinin baş prodüseri Tahir Əliyev tədbirdə çıxış edərək Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış Son iclas bədii-sənədli filmi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən film Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salanmilli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Sonra Son iclas filmi nümayiş olunubqonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunmuş azərbaycanlı müğənni və musiqiçilərin ifasında xalq və bəstəkar mahnıları ifa edilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.

Almaniyada yaşayan həmvətənlərimiz, Almaniya ictimaiyyətinin nümayəndələri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları tədbirdə iştirak ediblər.

 

Azərbaycan.- 2018.- 23 dekabr.- S.10.