Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Siz müasir Azərbaycanın qurucususunuz. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada daha layiqli hörmətli yer tutur. Siz mədəniyyətin, elmin təhsilin qorunub saxlanması inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan planların həyata keçirilməsində böyük rol oynayırsınız.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz nikbinlik, Rusiya Azərbaycan xalqları arasında qırılmaz əlaqələrin daha da möhkəmlənməsi, müasir Azərbaycanın tərəqqisi naminə düşündüyünüz bütün möhtəşəm planların uğurla həyata keçirilməsi üçün quruculuq enerjisi diləyirik.

Səmimi hörmətlə,

 

Sergey Mixaylov

İTAR-TASS-ın baş direktoru,

 

Mixail Qusman

İTAR-TASS-ın baş direktorunun birinci müavini

 

Azərbaycan.- 2018.- 26 dekabr.- S.6.