Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz görkəmli dövlət xadimi olaraq doğum gününüzü yaradıcı və mənəvi qüvvələrinizin çiçəkləndiyi dövrdə qarşılayırsınız. Sizin insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, cəmiyyətin mənəvi, sosial, mədəni və iqtisadi tərəqqisinə, elmə, təhsilə və səhiyyəyə töhfəniz həqiqətən heyranlıq doğurur.

Sizə uğurlar, cansağlığı və nəcib niyyətlərinizin həyata keçməsi üçün tükənməz enerji arzulayıram. Sizə və yaxınlarınıza, Sizin böyük ölkənizə xoşbəxtlik, əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva

Dövlət Tibb Universitetinin rektoru

 

Azərbaycan.- 2018.- 26 dekabr.- S.6.