Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə “Sankt-PeterburqunLeninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatı Şurasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin əzmkarlıqla qəbul etdiyiniz qərarlar sayəsində Azərbaycan Respublikasının müasir simasını formalaşdıran bir sıra çox mühüm dəyişikliklər həyata keçirilib. Siz dövlət başçısı olduğunuz müddətdə Azərbaycanda milyonlarla həmvətəninizin səmimi rəğbətini və hörmətini, habelə xaricdə böyük nüfuz qazanmısınız. Sizi, haqlı olaraq güclü lider, müdrik siyasi xadim və istedadlı dövlət xadimi nümunəsi hesab edirlər. Rusiyada Sizi dostluqmehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının bütün kompleksinin genişləndirilməsinin davamlı tərəfdarı kimi tanıyırlar. Şəxsən Sizin dəstəyinizlə energetika, sənaye və infrastruktur sahələrində iri müştərək layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes cəmiyyətləri xətti ilə intensiv dialoq aparılır.

Bu il dekabrın 6-da Sankt-Peterburqda Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram. Etimada əsaslanan maraqlı ünsiyyətimizi davam etdirməyə şad olaram, bunu özümə şərəf sayaram.

Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq, Azərbaycan dövlətinin və xalqının rifahı naminə yeni uğurlar, zəfərlər arzu edirəm.

Hörmətlə,

 

Vaqif Məmişov

Sankt-PeterburqunLeninqrad vilayətinin

Azərbaycan Milli-Mədəni Muxtariyyəti”

Şəhər İctimai Təşkilatının sədri

 

Azərbaycan.- 2018.- 27 dekabr.- S.3.