“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

 

"Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 460; 2001, ¹ 1, maddə 25, ¹ 6, maddə 362; 2002, ¹ 5, maddə 241; 2006, ¹ 3, maddə 225; 2007, ¹ 5, maddə 401; 2008, ¹ 5, maddə 348; 2010, ¹ 4, maddə 276; 2015, ¹ 4, maddə 355, ¹ 11, maddə 1260; 2017, ¹ 3, maddə 332, ¹ 5, maddə 736; 2018, ¹ 4, maddə 652) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1-ci maddənin on yeddinci abzasında "girovsaxlayansözü "girov (ipoteka) saxlayan” sözləri ilə əvəz edilsin.

 

2. 41-1-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

 

"Kreditorlar qrupu daxilində səsvermə zamanı kreditorlar bərabər hüquqa malikdirlər.”.

 

3. 47-ci maddə üzrə:

 

3.1. 6-cı hissənin "c” bəndinə "girov” sözündən sonra "və ya ipoteka” sözləri, "ç” bəndinə "girovların” sözündən sonra "(ipotekaların)” sözü əlavə edilsin;

 

3.2. 7-ci hissənin ikinci cümləsinə "girov” sözündən sonra "və ya ipoteka” sözləri əlavə edilsin.

 

4. 55-ci maddənin birinci hissəsinin "a” və "c” bəndlərinə "girov” sözündən sonra "və ya ipoteka” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 30 dekabr.- S. 2.