İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

"İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1084; 2006, ¹ 12, maddə 1031; 2008, ¹ 6, maddə 462; 2011, ¹ 7, maddə 592; 2014, ¹ 12, maddə 1516; 2016, ¹ 4, maddə 643; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1302-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3.3-cü maddəyə "xüsusi qaydalar” sözlərindən sonra "(bu qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

2. aşağıdakı məzmunda 30.5-ci maddə əlavə edilsin:

 

"30.5. İnzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunurya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.”.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 30 dekabr.- S. 5.